Qısa məzmun
Azera Holding Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Marketinq planını hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Satış və marketinq KPİ nəticələrinin monitorinqi və hesabatı;
- Marketinq tədqiqatların aparılmasını, onun üçün zəruri olan informasiyanın toplanılmasını, işlənməsini və marketinq informasiya sisteminin yaradılmasını təşkil etmək;
- Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə xəbər vermək;
- Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni maliyyə məhsul və xidmətlərinin reklamını təşkil etmək;
- Xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra etmək, onların nəzarətini və təhlilini aparmaq;
- Şöbənin fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələləri həll etmək.
Namizədə tələblər:
- Təhsil: Ali təhsil( Marketinq sahəsi üzrə)
- Dil bilikləri: Azərbaycan dili, rus dilində səlis danışıq qabiliyyəti
- Kompyuter bilikləri: MS Office proqramlarında işləmək bacarığı, Adobe Illustrator and Photoshop bilmək üstünlükdür.
- İş təcrübəsi: Müvafiq sahədə minimum 2 il
- Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət, planlama və analiz bacarığı;
- Rəqəmsal marketinq üzrə sertifikata malik namizədlərə üstünlük veriləcək.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- 5 günlük iş qrafiki.
- Əmək haqqı: 1000-1200 AZN
Uygun olan namizədlərdən cv-lərinizi şirkətin və vakant yerin adını mövzu hissəsinə qeyd etməklə elektron mail ünvanına göndərməniz xahiş edilir.
Oxşar vakansiya siyahısı:
Sosial media üzrə inzibatçı
Kontakt Home Sosial media üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Biznes məsələləri üzrə menecer
Kontakt Home Biznes məsələləri üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Aparıcı reklam mütəxəssisi
Mətanət A Şirkətlər Qrupu Aparıcı reklam mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Product Marketinq Menecer
Ateshgah Insurance Company Product Marketinq Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...