Qısa məzmun
Handex Rəqəmsal Marketinq Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Rəqəmsal marketinq strategiyasını və büdcəsini hazırlamaq və idarə etmək.
- Təsdiqlənmiş büdcə daxilində, satışın artırılmasına yönəlmiş rəqəmsal reklam kampaniyalarını yerləşdirmək, optimallaşdırmaq və hədəflərə əsasən qiymətləndirmək (ROMI, ROAS, ROI və s.).
- Marketinq kommunikasiyaları strategiyasının formalaşdırılmasında iştirak etmək.
- Rəqəmsal marketinq fəaliyyəti üzrə bazar araşdırması və rəqib analizi aparmaq.
- Rəqəmsal kanallar vasitəsilə şirkət brendi, xidmət və məhsullarını potensial hədəf kütləsinə çatdırmaq.
- Saytın texniki təhlilini, meta teqləri, açar sözlərin araşdırılması və link təhlili də daxil olmaqla SEO işlərini həyata keçirmək.
- GA4, Tag Manager və Optimization Pixels, Hotjar kimi veb analitika alətlərini konfiqurasiya etmək.
Vəzifə ilə bağlı tələblər:
- Ali təhsil
- Rəqəmsal marketinq sahəsində ən azı 1-2 il iş təcrübəsi.
- ROMI, ROI, ROAS göstəriciləri ilə işləmək bacarığı.
- Google Analytics, Google Ads, Tag Manager, Meta Ads, YouTube ads, SEO alətləri, Semrush, Ahrefs, Google Search Console, HubSpot və s. ilə işləmə bacarıqları.
- E-mail marketinqin aparılması sahəsində təcrübə.
- Güclü analitik bacarıqlar və təhlillərə əsaslanan düşüncə tərzi.
- Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir.
- İş saatı: 5 günlük iş qrafiki ilə təyin olunur.
- Şəxsi inkişafına dəstək.
Tələblərə qarşılıq verən namizədlər CV və portfoliolarını “Rəqəmsal Marketinq Mütəxəssisi” başlığı ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanacaqdır.
Oxşar vakansiya siyahısı:
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...
1000₼
Sosial Media Reklamları üzrə MütəxəssisRAM Holding Sosial Media Reklamları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Veb Yerləşdirmə üzrə Mütəxəssis
Azerfon Veb Yerləşdirmə üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
İctimaiyyətlə əlaqələr üzrə menecer (PR)
LIBRAFF İctimaiyyətlə əlaqələr üzrə menecer (PR) vəzifəsi üzrə vakansiya elan edir. ...