Qısa məzmun
Barkod Electronics Kommersiya üzrə müəxəssis vakansiyası elan edir.
Elanın təsviri:
- Elan tarixi: 10.07.2024
- Son tarix: 01.08.2024
- Şirkət: Baku Digital MMC
- Ərazi: Bakı
- Əmək haqqı: Razılaşma
- İş təcrübəsi: min 3 il
- Yaş: 20-40
- Təhsil: Ali təhsil
- İş rejimi: Tam iş günü (5 gün)
- Müqavilə: Əmək müqaviləsi
- E-mail: hr@barkodelectronics.az
Tələblər:
- Ali təhsil;
- Azərbaycan dili, rus dili üstünlükdür;
- Müvafiq sahədə 3 ilə yaxın iş təcrübəsi;
- MS Office (Word, Excel) yüksək səviyyədə bilmək;
- Yüksək riyazi-analitik qabiliyyət, ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmaq, planlama qabiliyyəti
Vəzifələr:
- Daxili tenderlərin keçirilməsi;
- Tender kateqoriyalarına görə təchizatçı şirkətləri müəyyən etmək;
- Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən təsnifat sənədlərinin təminini təşkil etmək;
- Texniki və maliyyə qiymətləndirməsini təşkil edib iştirak etmək;
- Tender protokollarını hazırlamaq;
- Xidmət və ya iş sifarişlərində göstərilən texniki özəllikləri nəzərə alaraq təchizatçılar, podratçılar və xidmət təminatçıları ilə qiymətlərini müzakirə etmək;
- Böyük satınalmalar və ya layihələr barədə məlumat toplantılarını təşkil etmək və iştirak etmək;
- Müxtəlif müqavilələrin tərtibatı, hazırlanması və razılaşdırılması;
- Müqavilə danışıqlarının aparılması;
- Tender sonrası müqavilələrinin hazırlanması (subpodrat müqavilələr), tamlığına/bütövlüyünə nəzarət edilməsi,icra olunacaq işin predmetinə uyğunlaşdırılması;
- Kommersiya şöbəsi ilə bağlı hər hansı sənədlərin (müqavilələr, məktublar, dəyişikliklər, qəbul aktları və s.) hazırlanması, əlaqələndirilməsi və idarə edilməsi;
- İmzalanmış müqavilələrin planlaşdırılması, icrası və idarə edilməsi (müqavilə öhdəliklərinin vaxtında və müqavilə şərtlərinə uyğun yerinə yetirilməsini təmin etmək, müqaviləyə əlavə və dəyişikliklərin icrası, Podratçılarla işlərin əlaqələndirilməsi və s.);
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini hr@barkodelectronics.az ünvanına mövzu hissəsində “Kommersiya üzrə mütəxəssis” qeyd etməklə yönləndirmələri xahiş olunur
Oxşar vakansiya siyahısı:
Satış müdiri (HoReCa üzrə)
Camal LTD Region satış müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Telesatış üzrə Mütəxəssis
İnci Group Of Commpanies Telesatış üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Satıcı
İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...
700₼
Satış məsləhətçisiZuleykha Accessories aksesuar mağazalar şəbəkəsi Satış Məsləhətçilərini işə qəbul edir. ...
600 — 1000 ₼
Satış təmsilçisiDoğtaş Mebel MMC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Merçendayzer
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...