İnsan resursları üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Sirab ASC İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Əsas tələblər:

  • Minimum təhsil dərəcəsi: Bakalavriat
  • Komputer bilikləri: MS Office – əla;
  • Dil bilikləri: İngilis – yaxşı, Rus – yaxşı;
  • Təcrübə: İnsan Resursları sahəsi üzrə ən azı 1 il iş təcrübəsi;
  • Əmək qanunvericiliyi üzrə mükəmməl səviyyədə nəzəri və praktik biliklər;
  • Kadr işinin təşkili, E-gov, sənədləşdirmə və hesabatların tərtib edilməsinə dair biliklər;
  • Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;
  • İnsan resurslarının idarə edilməsi sahəsində nəzəri biliklər.

Fərdi keyfiyyət göstəriciləri:

  • Keyfiyyət yönümlülük;
  • Diqqətlilik;
  • İntizamlılıq;
  • Yenilikçi və proaktiv yanaşma;

Digər tələb və üstünlük göstəriciləri:

  • İqtisadiyyat, idarəetmə, mühəndislik, yaxud psixologiya sahəsində ali təhsil;
  • İnsan resursları sahəsində beynəlxalq və ya yerli sertifikat;
  • Rus və ingilis dillərində fikrini sərbəst ifadə etmək və ədəbiyyatlardan istifadə etmək.

İş barədə:

  • Əmək qanunvericiliyindən irəli gələn sənədləşmə və kadr-uçot işinin aparılması;
  • Kadrlar üzrə müvafiq hesabatların tərtib edilməsi və aidiyyəti üzrə tələb olunan yerə vaxtında təqdim edilməsi;
  • İşçilərin müvafiq məlumatlarının və kadr inzibatçılığı ilə bağlı əməliyyatlarının elektron Hökumət portalında işlənilməsi;
  • Əmək haqqının hesablanması üzrə işlərin icrası;
  • İşə qəbul, adaptasiya, insan resurslarının planlaşdırılması, təlim və karyera, xidməti fəaliyyətin qiymətləndirilməsi və s. kimi insan resurslarının idarə edilməsi funksiyalarının icrası;
  • Rəhbərliyə aylıq görülmüş işlər barədə hesabatın verilməsi;
  • Şöbənin gündəlik fəaliyyətilə əlaqədar digər zəruri işlərin icra edilməsi.

İş vaxtının norması:

  • 09:00-18:00 / 5 günlük iş həftəsi

Vəzifə üzrə əmək haqqı:

  • Namizədin bilik və bacarığına uyğun olaraq

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “İR üzrə mütəxəssis” yazmaqla cv@sirab.az mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bababək “Sirab” ASC haqqında:

“Sirab” mineral su yatağından sənaye məqsədilə istifadəyə XX əsrin 50-ci illərindən başlanmışdır. İlk dəfə olaraq yatağın su ehtiyatları hesablanmış və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir. Aşkar olan mineral suların bazası əsasında 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu istifadəyə verilmişdir. Sovet İttifaqı dağıldıqdan bir müddət sonra Ümummilli dahi liderimiz Heydər Əliyev cənablarının Azərbaycan Respublikasında sahibkarlığa göstərdiyi qayğının nəticəsində 2003-cü ildə “Sirab” mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Babək “Sirab” ASC bir sıra Avropa, Rusiya və Türkiyə firmaları ilə əlaqə yaradaraq yeni müasir avadanlıqlar almışdır.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı