Qısa məzmun
Horizon Group of Companies MMC Mühasib üzrə vakansiya elan edir.
Tələb olunan göstəricilər:
- Ali təhsil: (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat üzrə)
- Cinsi: Qadın
- Yaş: 22-30 yaş;
- Dil bilikləri: Azərbaycan dili – mükəmməl. (rus və ingilis dili – orta səviyyədə bilmək üstünlükdür);
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Sosial Sığorta haqqında qanun, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və.s digər qanunvericilik aktlarının əlaqəli maddələri haqqında məlumatlı olmaq
- Elektron portallarda işləmək bacarığının olması (E-gov, e-sosial, e-taxes, e-customs və s.) ;
- Mühasibatlıq sahəsində azı 1 illik iş təcrübəsi;
- Mühasibat 1C/8.3 proqramını bilmək;
- MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilmək bacarığı;
- Çalışqan, ünsiyyətcil, problemləri həll etmə bacarıqlarına malik olmaq;
- Komanda və müştərilər ilə işləmək bacarığı;
- Dəqiqlik, məsuliyyətlilik, düzgünlük, etibarlılıq, yüksək riyazi və analitik düşüncə qabiliyyəti kimi göstəricilərə sahib olmaq;
Vəzifə öhdəlikləri:
- Mühasibat və vergi uçotu üzrə ilkin sənədləşmələrin (Kassa mədaxil və məxaric orderlərinin, təhvil-təslim aktlarının, alğı-satqı və borc müqavilələrinin, razılaşma protokollarının, Ödəniş tapşırıqlarının, üzləşmə aktlarının yazılması) təşkili ;
- Gündəlik e-qaimələrin (satış, qaytarma) yazılması və gələn e-qaimələrin yoxlanıb təsdiq edilməsi;
- Online kargüzarlıq vasitəsi ilə vergi orqanı və digər vergi ödəyiciləri ilə yazışmaların aparılması ;
- Bank (malsatanlara, büdcə təşkilatlarına, işçilərə əməkhaqqı ödənişləri) , ƏDV DH ödəniş, kassa (gündəlik kassa satışları üzrə mədaxil və məxaric orderlərinin tərtibatı) əməliyyatları;
- Alış və satış (nomenklatura üzrə), bank, kassa, əməkhaqqı hesablanması əməliyyatlarının 1C Mühasibat proqramına daxil etmək;
- Debitor və kreditor borclarının, alınmış və verilmiş avansların gündəlik uçotu;
- Müştərilərin və əlaqəli şəxslərin E-mail və telefonlarının cavablandırılması;
- Rəhbərliyə tələb edilən məlumatların verilməsi;
İş şərtləri:
- İş qrafiki:
- Həftənin 5 günü, 09:00-dan 18:00-dək
- Bazar və bayram günləri qeyri iş günləridir
- Əmək haqqı: müsahibə əsasında təyin ediləcək.
Namizədlər CV-ni mövzu yerində “ƏMƏLİYYATÇI MÜHASİB” başlığı yazmaqla f.naghiyev@horizongroup.az e-mail ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Palıd-2015 MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşünmə və analiz qabiliyyəti olmalıdır. Nahar şirkət tərəfindən verilir. ...
PASHA Insurance Vergilər üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Sumqayıt şəhəri üzrə Kiçik və Orta Biznes Kreditləri sahəsində təcrübə proqramı vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...