Qısa məzmun
Xalq Bank İnformasiya Texnologiyaları İdarəsinin Sistemlərin idarə edilməsi şöbəsinin mütəxəssisi (Linux) vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- İT sistemlərinin daimi monitorinqi;
- Problemlərin qısa müddətdə aşkarlanması, analizi və həll olunması;
- Dəyişikliklər, profilaktik işlər və problemlərlə bağlı lazımi bütün işçi qruplarının məlumatlandırılması;
- Mövcud servislərin dayanaqlılığını təmin etmək
- Bütün dəyişikliklərin sənədləşdirilməsi;
- Bütün tapşırıqların task sistemi üzərində qeydiyyatı və icrası;
- İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsində iştirak edir;
- 24/7 mövcudluğu;
- Şirkətin İT siyasətinə uyğun olaraq daima özünü inkişaf etdirməlidir;
- İnformasiya texnologiyaları sahəsində qabaqcıl texnologiyaların tətbiq olunması, sistemlərin və avadanlıqların yenilənməsi ilə bağlı təkliflərin hazırlanması.
Tələblər
- İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları;
- Red Hat (RHCSA, RHCE), VMware Certified Professional (VCP) sertifikatlarına sahib olması arzuolunandır.
- Opensource istehsalçı firmalarının məhsulları haqqında bilik və təcrübə;
- Linux əməliyyat sistemlərinə (müxtəlif distrubitivlər – RedHat, CentOS, Debian) dair nəzəri və praktiki biliklər – inzibatçılıq səviyyəsində;
- Python ilə təcrübə;
- Proxy və web server-lərlə bağlı iş təcrübəsi – HAProxy, Nginx, Apache və s;
- Configuration Management tool-larla təcrübə – Ansible, Chef, Puppet;
- Docker container-lərlə əlaqəli bilik və iş təcrübəsi;
- Bash Script-lə praktiki biliklər;
- Virtualizasiya texnologiyaları ilə təcrübə – VMware;
- İngilis və rus dilləri üzrə biliklər;
- İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək;
- Sahə üzrə iş təcrübəsi ən azı 3 il təcrübə.
Oxşar vakansiya siyahısı:
Honey Bee Development Capital (HBDC) Texnologiya və İnnovasiya şöbəsinə “İT Biznes Analitik – Responsible Finance Platforması” vəzifəsi üzrə vakansiya e ...
AS Group Data Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
PROSYS LLC İT üzrə Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
Apar şirkəti Mobil Tətbiq üzrə Məhsul Təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Telekommunikasiya şirkətinə Biznes analitik tələb olunur. ...
Aznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...