Qısa məzmun
AQA Şirkətlər Qrupu İsitmə, soyutma və havalandırma sistemləri üzrə mexanik-montajçı vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Şirkət daxilində mərkəzi havalandırma sistemləri və kondisionerlər ilə bağlı müntəzəm olaraq yoxlamaların həyata kecirilməsi;
- Test prosedurlarını və vasitələrini başa düşmək, yoxlamalar zamanı aşkarlanan nasazlıqlar və problemlərlə bağlı rəy bildirmək və lazımi təmir işlərinin aparılması;
- Kondisionerlərin (hər növ) quraşdırılması və texniki baxımını həyata keçirmək;
- Avadanlıqların iş prosesinə nəzarət, nasaz ehtiyyat hissələrinin müəyyən edilib təmir edilməsi və ya yenisi ilə əvəz olunması;
- Müəssisədə olan mexaniki avadanlıqların fasiləsiz texniki cəhətdən düzgün istismarı;
- Avadanlıqların etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin edilməsi;
- Yeni avadanlıqların, qurğuların quraşdırılması və yeni texnikaların mənimsənilməsi;
- Mövcud əl alətləri və dəzgahlardan səmərəli istifadə etmək;
- Tələb olunduğu təqdirdə qaynaq alətlərindən istifadə etmək;
- Sistemi zəruri maye, hava və ya sıxılmış hava (freon, azot) ilə doldurmaq və yoxlama prosesini həyata keçirmək;
- Hava və sərfiyyat qazları üçün kanal və boruları quraşdırmaq;
- Təmir işlərində təhlükəsizlik texnikasına riayət edilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək.
Tələblər
- Təhsili/ixtisası: Müvafiq istiqamət üzrə ali / orta ixtisas təhsili
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 2 il staj
- Sertifikat/vəsiqə/lisenziya: arzuolunandır
- Xüsusi tələblər: 23-40 yaş
- Kompüter bilikləri: Microsoft Office (üstünlükdü)
- Komandada işləmə bacarığına malik olmalı,
- İşgüzar və məsuliyyətli olmalı
Əlavə qeyd:
- İş rejimi: 5 gün, 09:00-18:00
Oxşar vakansiya siyahısı:
500 — 600 ₼
Anbardar köməkçisi (fəhlə)Novator HRC MMC Anbardar köməkçisi (fəhlə) üzrə vakansiya elan edir. ...
Elektro-mexanik
Apar şirkəti Elektro-mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Baş Mexanik
Grand Motors Baş Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Texnoloq
Camal LTD şirkəti Texnoloq vəzifəsi üzrə vakansiya elan edir. ...
Texnoloq
Camal LTD şirkəti Texnoloq vəzifəsi üzrə vakansiya elan edir. ...