Qısa məzmun
Bonamed MMC Junior Graphic Designer vəzifəsi üzrə vakansiya elan edir.
İŞ HAQQINDA MƏLUMAT
- Şirkətin strateji məqsədlərinə cavab verən və biznes fəaliyyətini təkmilləşdirməsinə yönələn reklam və digər təşviq fəaliyyətlərin planlaşdırılması və həyata keçirilməsi;
- Şirkət əməkdaşları tərəfindən hazırlanmış bütün vizual materiallara nəzarət edilməsi və onların brend üzrə tələblərə uyğun olmasının təmin edilməsi;
- Statik və “motion” qrafik sosial media postlarının hazırlanması;
- Çap materiallarının vizuallaşdırılması və çapa hazırlığının təmin edilməsi.
NAMİZƏDƏ TƏLƏBLƏR
- Ali təhsil üstünlükdür;
- Sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Kreativ düşüncə qabiliyyəti;
- Komandada işləmə bacarığı;
- Layihələri idarə etmək bacarığı;
- Adobe Illustrator, Adobe Photoshop, Adobe After Effects, Adobe Premiere ,Blender, Figma proqramları ilə işləmək bacarığı.
ŞƏRTLƏR
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə alınma;
- İş rejimi: 09:00-dan 18:00-dək; (Şənbə günü yarım iş günü);
- Telefon danışıq xərclərinin şirkət tərəfindən ödənişi;
- Bütün avadanlıqlarla təminat;
- Əmək haqqı 1000 AZN + bonus (KPİ bonus).
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Qrafik Dizayn üzrə Baş mütəxəssis ” qeyd etmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Qrafik dizayner
İnci Group of Companies Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...
3D dizayner
3D Dizayner vəzifəsi üzrə vakansiya elan edilir. ...
Sosial Media üzrə Qrafik Dizayner
İnci Group of Companies Sosial Media Marketinqi üzrə Mütəxəssis vakansiyasını elan edir. ...