Qısa məzmun
Xalq Bank Kredit İdarəsinin Biznes və istehlak kreditlərinin təhlili şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Kredit idarəsinə daxil olmuş istehlak krediti müraciətlərini almaq və təhlil etmək;
- Aparılmış analizin tamlığının, keyfiyyətinin təhlil edilməsi, kredit rəyinin tərtib edilməsi və kredit sifarişinin bütün tələb olunan sənədlərlə birlikdə kredit komitəsinin müzakirəsinə çıxarılması;
- Daxil olmuş müraciətlərin lazımi tələblərə və limitlərə cavab verilməsinə nəzarət edilməsi;
- Bankın filiallarının kredit bölmələrinin əməkdaşlarına istehlak kreditləri ilə bağlı lazımi məsləhətlərin verilməsi və onların işinə nəzarət edilməsi;
- Bankın kredit portfelinin keyfiyyətinin artırılması məqsədilə müxtəlif mənbələrdən məlumatlar əldə edilməklə müxtəlif ssenarilərin təhlili və simulyasiya edilməsi.
Tələblər
- İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili;
- Bankda Kredit sahəsində minimum 3 il iş təcrübəsi;
- Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
- Analitik düşüncə və detallara fikir vermə qabiliyyəti;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- Müvafiq sahə üzrə Mərkəzi Bankın qaydalarını dərindən bilən və bununla bağlı yenilikləri daim izləyən namizədlərə üstünlük veriləcək;
- Xarici dil bilikləri (rus və ingilis) arzuolunandır.
Oxşar vakansiya siyahısı:
Audit
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayens şöbəsinin mütəxəssisi
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...