Qısa məzmun
Aztelekom MMC Əlavə dəyər xidmətlərinin araşdırılması üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Tələb olunan multimedia xidmətlərinin verilməsi zamanı avadanlıqların sazlanması və dayanıqlı işinin təmin edilməsi;
- GPON və LTE texnologiyalarının,multimedia xidmətlərinin, ADSL internet kanalının, ayrılmış internet kanallarının (AİK), ethernet port xidmətlərinin tətbiqi;
- Sahədə quraşdırılan taksafon aparatlarının dislokasiyası üzrə təkliflərin verilməsi;
- Müvafiq sahə üzrə mövcud qayda və standartlara uyğun olmadan təşkil edilən telekommunikaiya xidmətlərin (danışıq trafikinin) aşkarlanması və qarşısının alınması ilə bağlı aidiyyəti qurumlarla birlikdə tədbirlər görülməsi;
- Cəmiyyətdə mövcud olan qayda və təlimatların tələblərinə uyğun fəaliyyət göstərilməsi;
- Bütün nöqsanlar və aşkar edilən faktlar barəsində şöbə müdirinə dərhal məlumat verilməsi;
- Alınmış nəticələri təhlili və istismarın təkmilləşdirilməsi üçün təkliflər verilməsi.
Tələblər
- Telekommunikasiya və ya texniki ixtisaslar üzrə ali təhsil;
- Sahəsi üzrə 3 il iş təcrübəsi;
- İnformasiya kommunikasiya texnologiyaları şəbəkəsi üzrə nəzəri və praktiki biliklərə sahib olmalıdır;
- Peşəkar şifahi və yazılı ünsiyyət bacarığı;
- Azərbaycan dilini sərbəst bilməli (ingilis və rus dillərini bilməsi arzu olunandır);
- Kompyuter bilikləri üzrə: MS Office və Outlook proqramları üzrə sərbəst işləmə bacarığına malik olmalıdır;
- Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları bilməlidir.
Oxşar vakansiya siyahısı:
Middle DevOps Engineer
Job Summary: As a DevOps Engineer, you will be responsible for designing, implementing, and maintaining our infrastructure and CI/CD pipelines. You will collaborate with ...
600 — 800 ₼
Proqram Layihəsinə Dəstək üzrə MütəxəssisAzəriMed LLC Proqram Layihəsinə Dəstək üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...