Qısa məzmun
OnePoint startapı mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər
- Sahə üzrə minimum 2 il iş təcrübəsi;
- MS Office, xüsusilə MS Excel proqramlarında əla səviyyədə işləmək bacarığı;
- Elektron portallarda işləmək bacarığı (əmas, e-gov, e-sosial, e- taxes, və s.)
- Vergi, əmək qanunvericiliyi üzrə yaxşı biliklər;
- Bəy namizədlərə üstünlük veriləcəkdir;
- F3-Maliyyə Mühasibatlığı (ACCA) və ya oxşar imtahanları müvəffəqiyyətlə bitirmək üstünlükdür;
- Dil bilikləri: Azərbaycan dili – mükəmməl, Rus dili arzuolunandır
İş barədə məlumat:
- Mühasibat uçotu üzrə sənədləşmələrin təşkili;
- Vergi və mühasibat uçotunun aparılması;
- Kassa, bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergihesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyət hesablanması;
- Gündəlik olaraq Bank və ƏDV depozit hesabının yoxlanılması;
- Debitor və kreditor borc üzrə hesabatların hazırlanması;
- Daxili hesabatlıq sisteminin qurulması;
- Rəsmi qurumlarla iş və əlaqələrin saxlanılması;
- Kargüzarlıq yazışmalarının aparılması, lazımi sənədlarin yüklənməsi.
Maraqlanan şəxslərdən cv-lərini “Mühasib” başlığı altında hr@onepoint.az elektron ünvanına göndərməsi xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis
Aztelco Group MMC Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis Vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...
Audit
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayens şöbəsinin mütəxəssisi
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
