Qısa məzmun
Embafinans Mikro Biznes Kreditləri üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İşin təsviri:
- Müştərilərlə davamlı ünsiyyətin saxlanması və yeni müştərin şirkətlə əməkdaşlığa cəlb edilməsi;
- Şirkətin Biznes müştəriləri üçün təqdim etdiyi məhsulların satışının təşkil edilməsi;
- Daxil olan müştəri müraciətlərinin (kredit və digər) operativ cavablandırılması və müştəri məmnuniyyətinin təmin edilməsi;
- Biznes müştərilərinə təqdim edilən məhsullar üzrə portfelin qurulması və inkişaf etdirilməsi;
- Daxil olan kredit müraciətlərinin ilkin təhlili, təqdimatın edilməsi, kredit portfelinin idarə olunması və portfelin keyfiyyətinə nəzarət;
- Cari müştərilərlə mütəmadi olaraq əlaqələrin saxlanması, onların təklif və iradlarının öyrənilməsi üçün görüşlərin təşkili.
İşçiyə dair tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə ən azı 2 illik təcrübə;
- Müştərilərlə peşəkar ünsiyyət qurma və inandırma bacarığı;
- Yüksək səviyyədə kommunikasiya bacarığı;
- Komanda yönümlü mühitdə işləmək bacarığı;
- MS Office proqramları ilə işləyə bilmək bacarıqları.
İşçiyə dair əlavə qeydlər:
- Təhsil səviyyəsi: Ali təhsil
- Təcrübə müddəti: Minimum 2 il
- Dil bilikləri: Rus və ingilis dili arzuolunandır
- Ərazi: Bakı, Gəncə, Şəki şəhərləri və Masallı rayonu
- Əmək haqqı: 500-800 AZN
- İş qrafiki: l-V günlər, saat 09:00-18:00.
Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanın adını qeyd edib e-mail ünvana göndərəsiniz.
Oxşar vakansiya siyahısı:
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...