Qısa məzmun
Baku Electronics” hal-hazırda Kredit Departamentinin “Problemli müştərilərlə iş üzrə təqibçi” vakansiyasına namizəd axtarışındadır!
Xüsusi tələblər:
- Təhsil: Ali;
- İş təcrübəsi: 1-3 il;
- MS Excel və MS Word proqramları ilə sərbəst işləmək bacarığı;
- Analitik düşüncə;
- Müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama bacarığı;
Vəzifə öhdəlikləri:
- Borcu gecikdirilən müştərilərlə telefon əlaqəsi yaratmaq və borcun ödənilməsi istiqamətində danışıqlar aparmaq;
- Borcun ödənilməsinə nəzarət etmək;
- Ödənişləri gecikmədə olan müştərilərə bildirişlər göndərmək;
- Gecikmədə olan müştərilərin ödənişlərinin gecikmə səbəbini araşdırmaq, bununla bağlı birbaşa rəhbərə məlumat vermək;
- Ödənişi məhkəmə qaydası ilə təmin olunması müəyyən olunan sənədlərini təhvil-təslim aktı ilə Hüquq şöbəsinə təhvil vermək;
- Gündəlik görülən işlər barədə əməliyyat proqramında qeydiyyat aparmaq;
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Problemli müştərilərlə iş üzrə təqibçi” qeyd etməklə hr@bakuelectronics.az elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
500₼
Qeydiyyatçı1st Fitness Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir. Nahar yeməyi şirkət tərəfindən ödənilir. ...
Əlavə xidmətlər üzrə operator
Kontakt Home Əlavə xidmətlər üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...