Qısa məzmun
Ulu Hospitality Group Qonaqların Qəbulu Meneceri (Front Office Manager) vəzifəsi üzrə vakansiya elan edir.
İş Təsviri:
- Qonaqların qəbulu şöbəsinin effektiv və problemsiz işləməsinə kömək etmək.
- Qonaqların yerləşdirilməsi ilə bağlı bütün fəaliyyətləri istiqamətləndirmək,
- Qonaqların qəbulu şöbəsinin fəaliyyətini planlaşdırır, şöbənin büdcəsini tərtib edir, işinə nəzarət edir.
- Qeydiyyat şöbəsinin bütün əməkdaşlarının hər zaman eksklüziv qonaq xidmətləri göstərmələrini təmin etmək.
- Şirkətin keyfiyyət standartlarını çox yaxşı bilməli və tətbiq etməli, həmçinin tabeliyindəki işçilərə aşılamalı.
- Qonaqların qəbulu şöbəsinin işçiləri ilə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərmək, əsas diqqəti otelin ümumi uğuruna və qonaqların məmnunluğuna yönəltmək.
- İllik hədəfləri təyin etmək və bu hədəflərə çatmaq.
- Qonaq şikayətləri ilə maraqlanmaq və problemlərin aradan qaldırılmasına nail olmaq.
- Qeydiyyat şöbəsinin işçiləri ilə illik icra göstəricilərinin inkişaf etdirilməsinə dair müzakirələr aparmaq, onlara öz peşəkar karyera hədəflərinə nail olmaqda kömək etmək.
- Şöbə daxilində bütün işçilərə nəzarət etmək, şöbənin əməliyyatlar üzrə təlimatında müəyyən edildiyi kimi düzgün xidmət standartları və metodlarının həyata keçirilməsini təmin etmək.
- Qonaq məlumatı kartlarının səliqəli və düzgün olub-olmamasını yoxlamaq.
- Otaq satışlarının vəziyyətinə və qonaq məlumatlarının toplanılmasına nəzarət etmək.
- Qrup rezervasiyalarına nəzarət etmək və onlara verilən otaqların planlamasını etmək.
- Bütün yazışmaların, rezervasiya ilə bağlı yazışmaların (qonaqlara yazılan məktublar və s.) vaxtında olub-olmamasını yoxlamaq.
- və s.
Tələblər:
- Çeviklik, OperativlikQonaqların Qəbulu Meneceri
- İş təcrübəsi (minimum 5 il),
- Təfərrüatlara diqqət, dəqiqlik
- Səmimi, nəzakətli və səbirli yanaşma;
- Müştəriyönümlü
- Xarici dil biliyi (Rus və İngilis)
CV-lərinizi “mövzu” yerinə “” qeyd etməklə hr@u-h-g.com ünvanına göndərə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Müştərilərə xidmət üzrə əməliyyatçı
Invest AZ QSC Müştərilərə xidmət üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir.. ...
Çağrı mərkəzi üzrə operator
İnci Group of Companies Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...
600₼
Animator-KuryerƏmək haqqı: 600Azn+bonus. Supertoys Animator-Kuryer vəzifəsi üzrə vakansiya elan edir. ...