Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Santral Kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Kommunikativ bacarığı, məsuliyyətlilik tələb olunur.
Iş barədə məlumat:
- AR-nın Əmək Qanunvericiliyinə, Baş Direktorunun əmrlərinə uyğun işçilərin qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad dilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;
- İşçilərin şəxsi işlərinin hazırlanması və lazımi sənədlərin toplanması;
- Əmək kitabçalarının əmrlər əsasında doldurulması və qeydiyyatı;
- Işçilərə cari əmək fəaliyyətləri haqqında arayışların verilməsi;
- Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
- Xəstəlik vərəqələrinin doldurulması və qeydiyyatı;
- Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi;
- Həftəlik və aylıq hesabatların hazırlanması;
Elektron və yazılı Əmək müqavilələrinin tərtib olunması və qeydiyyatı ; - Əmrlərin yazılması (məzuniyyət, ezamiyyət, əvəzçilik, işə qəbul, işdən çıxma, intizam məsuliyyətinə cəlbetmə haqqında və s.).
- İşçi heyətinin müqavilələrinin, əlavə razılaşmalarının, əmrlərinin, bildiriş məktublarının, intizam məsuliyyətinə cəlbetmə haqqında əmrlərin hazırlanması (xəbərdarlıq, töhmət) və s.;
- Yeni əmək kitabçalarının verilməsi , doldurulması və qeydiyyatı ;
- İşçi heyətinin tələb olunan hallarda düzgün əvəz edilməsinə nəzarət edilməsi (şirkəti tərk etdikdə, məzuniyyətə çıxdıqda, müvəqqəti əvəz olunduqda);
- İşçi heyəti üçün iş davamiyyəti cədvəllərinin hazırlanması və işçilərin əmək haqqılarının vaxtında və dəqiqliyi ilə ödənilməsini təmin etmək üçün mühasibat şöbəsi ilə birgə işin təşkil olunması;
- İşçilərin davamiyyətini müəssisədə quraşdırımış turniketlə işləmək;
- İşdən çıxan işçilərin şəxsi işlərinin Azərbaycan Qanunvericilinə uyğun olaraq arxivləşdirmək;
- İşçilərə sosial sığorta şəhadətnamələrin alınması üçün DSMF-na elektron formada müraciət etmək;
- Hər dövr üçün (rüb, illik) hesabatlar hazırlayıb Məşqulluq İdarəsinə təqdim etmək
Namizədə tələblər:
- Ali təhsil
- 1-3 il iş təcrübəsi
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək.
- Kommunikativ bacarığı, məsuliyyətlilik
- Ofis texnikası və komputer texnologiyalarından inamla işləmə qabiliyyəti
- Microsoft Office, 1 C proqram
- Nahar şirkət tərəfindən verilir.
- Əmək haqqı kandidatın bilik ,bacarığına uyğun dəyişir.
Sizi öz kollektivimizdə görməyə şad olarıq!
Maraqlananlar (başlıqda kadrlar üzrə mütəxəssis qeyd etməklə) cv-lərini hr@santral.az ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
NYS Information Technologies İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Brand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...