Qısa məzmun
Zeta Group-The Entertainer oyuncaq mağazası Satış məsləhətçisi məsələsi vəzifəsi üzrə vakansiya elan edir.
Ünvan: Amburan Mall (The Entertainer oyuncaq mağazası)
Namizədə tələblər:
- Yaş: 18-27 arası bəy namizədlər
- Təhsil: Xüsusi təhsil tələb olunmur, Ali təhsil arzuolunandır
- İş təcrübəsi: Müvafiq satış sahəsində ən azı 1 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan, Rus və İngilis (arzuolunandır)
- Kollektivlə işləmə bacarığı
- Aktiv, çevik, təşəbbüskar, ünsiyyətcil, məsuliyyətli
- Yüksək təqdimat bacarığı
Əsas vəzifə öhdəlikləri:
- Satış texnikasının professional üslublarından effektiv istifadə etmək;
- Məhsul seçimində müştəriyə kömək etmək və çeşidləri təqdim etmək;
- Bölmənin imicinin saxlanılması (təmizlik, səliqəlilik, reklam vərəqləri, vitrin və s.);
- Səliqəli görünüşü təmin etmək (forma,gigeyena, və s.);
- Müştəri bazasının genişləndirilməsində fəal iştirak etmək;
- Uğurlu satış həyata keçirilməsi üçün bölmənin həmkarları ilə fəal əməkdaşlıq etmək, həmçinin müvafiq qaydada məlumat mübadiləsi aparmaq;
- Mağazada və anbarda olan malların qiymətlərinin, ölçülərinin, miqdarının və s. məlumatları bilmək və müştərilərə dəqiq məlumat vermək.
İş şərtləri:
- İş vaxtı: 2 növbəli qrafik 10:00-19:00 ; 13:00-22:00
- İş günü: 6 günlük, həftədə 1 gün istirahət
- Şirkət tərəfindən Uniforma verilir
- Əmək haqqı 500 AZN + satışdan bonuslar
Təklif edirik:
- Karyerada yüksəliş imkanları
Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Satış məsləhətçisi” yazaraq hrm@zeta.az email ünvanına və ya +994552057787 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
\Supertoys oyuncaq mağazasının Sədərəkdə yerləşən mağazasına satış təmsilçiləri tələb olunur. ...
Super Toys Korporativ Satış üzrə Mütəxəssis vəzifəsi üzrə akansiya elan edir. ...
Doğtaş Mebel MMC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
189 Taxi Satış Aqenti vəzifəsi üzrə vakansiya elan edir. ...
Zuleykha Accessories dəbli aksessuar butikinə Satış Mütəxəssisi tələb olunur. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...