Qısa məzmun
DO IT şirkəti Satış üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər
- Yeni müştərilərin aktiv axtarışı və cəlb edilməsi
- Müştərilərə şirkətin məhsulları haqqında məsləhətlərin verilməsi və təqdimatının aparılması
- Müştərilərin ehtiyaclarına uyğun olaraq kommersiya təkliflərin hazırlanması
- Potensial bazarları müəyyən etmək və satış strategiyasını təkmilləşdirmək üçün bazar araşdırmalarının aparılması
- İşgüzar görüşlərin təşkili və aparılması
- Rəhbərliyə görülmüş işlər üzrə hesabatların təqdim edilməsi
Tələblər
- İT məhsulların satışında iş təcrübəsi (ən azı 1 il).
- Analitik düşüncə tərzi, inkişaf etmiş məntiqi təfəkkür;
- İnformasiya texnologiyaları sahəsində inkişaf etmiş bacarıqlar, İT texnologiyaları sahəsində əsas müasir istiqamətlər barədə biliklər;
- Strateji düşüncə və müştərilərlə uzunmüddətli qarşılıqlı faydalı əlaqələr qurmaq bacarığı.
- Ünsiyyətcillik, punktuallıq, stressə dözümlülük, məsuliyyətlilik, qarşıya qoyulan vəzifələri müstəqil həlletmə, komandada işləmə bacarığı;
- Kompüter və ofis proqramları barədə biliklər – yüksək səviyyədə
- Ali təhsil (menecment, biznesin idarə olunması və s. ixtisaslarına üstünlük verilir)
- Dil bilikləri: Azərbaycan və rus dilləri – mükəmməl səviyyədə, ingilis dili – arzuolunandır.
Əmək şəraiti
- İş qrafiki: bazar ertəsi-cümə saat 9:00 – 18:00;
- Mehriban və peşəkar kollektiv;
- Maraqlı tapşırıqlar, bacarıqları nümayiş etdirmə imkanı;
- Karyera inkişafı imkanları;
- Rəqabətli əmək haqqı və bonus sistemi;
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Satış üzrə menecer” və mətn hissəsində gözlənilən əmək haqqını qeyd etməklə göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
\Supertoys oyuncaq mağazasının Sədərəkdə yerləşən mağazasına satış təmsilçiləri tələb olunur. ...
Super Toys Korporativ Satış üzrə Mütəxəssis vəzifəsi üzrə akansiya elan edir. ...
Doğtaş Mebel MMC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
189 Taxi Satış Aqenti vəzifəsi üzrə vakansiya elan edir. ...
Zuleykha Accessories dəbli aksessuar butikinə Satış Mütəxəssisi tələb olunur. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...