Qısa məzmun
Zəhmət – Ruzi MMC Baş maliyyə analitiki vəzifəsi üzrə vakansiya elan edir.
Vakansiya haqqında məlumat:
- «Zəhmət-Ruzi» MMC Kommersiya Departamentinə Baş Maliyyə Analitiki vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.
- İş yeri: Abşeron rayonu, Xırdalan şəhəri
- İş təcrübəsi: Satış və Distribüsiya sahəsində minimum 2 il
- Təhsil: Ali (Maliyyə, Mühasibatlıq, İqtisadiyyat, Statistika, Tətbiqi Riyaziyyat, Biznesin İdarəolunması və ya digər əlaqəli sahədə)
İşin təsviri:
- Aylıq və illik satış ilə bağlı analitik hesabatların hazırlanması və birbaşa rəhbərinə təqdim olunması;
- Satış dinamikasının mütəmadi izlənməsi və analizlərin aparılması;
- Qısa və uzun müddətli satış proqnozlarının hazırlanması və planlaşdırılması;
- Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil olunması;
- Bazarın vəziyyətinin araşdırılması, məhsul və xidmətlərə olan tələb və təklifin daim öyrənilməsi; rəqabət mühitinin təhlil edilməsi;
- Mövcud rutların optimallaşdırılması, təhlili və təftişi
Bilik və Bacarıqlar:
- Yüksək səviyyədə MS Excel bilikləri
- İlkin mühasibatlıq bilikləri
- Analitik və strateji baxış bacarıqları
- Komanda ilə işləmə bacarığı
- Məsuliyyətli və detallara müstəsna diqqət yetirmə bacarığı
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Mobil nömrə və danışıq limiti.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: cv@sab.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Baş maliyyə analitiki” yazmaqla CV göndərərək müraciət edilir.
Oxşar vakansiya siyahısı:
Abacus Audit And Consulting İstehsalat üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...