Baş mühəndis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. AzerGold CJSC Baş mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Müvafiq qanunvericilik aktları və normalarını bilməlidir.

Şirkət haqqında:

“AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.

Vakansiyanın adı: Baş mühəndis

Əsas vəzifə və öhdəliklər:

  • Dövlət və özəl təşkilatlar ilə müştərək layihələrin həyata keçirilməsini və koordinasiyasını təşkil etmək;
  • Tikinti təşkilatının fəaliyyətinə texniki rəhbərliyi həyata keçirmək;
  • Layihə-smeta sənədlərinin vaxtında hazırlanmasını təmin etmək;
  • Tikinti və təmir işləri üzrə layihlərin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasının koordinasiya işləri və idarəolunmasında iştirak etmək;
  • Layihələndirilmə üçün tələbləri bilmək və həmin tələblər əsasında layihə-smeta sənədlərinin yoxlanılmasını (və ya düzgünlüyünü) təmin etmək;
  • Tikinti-quraşdırma işlərinə aid tələbləri bilmək, tikinti-quraşdırma işlərinin təsdiq olunmuş layihə və AzDTN tələbləri əsasında icra edilməsinə nəzarət etmək;
  • İş qrafiklərinin hazırlanmasına nəzarət etmək və ya podratçılar tərəfindən təqdim edilmiş iş qrafiklərinin monitorinq edilməsini təmin etmək;
  • Tikinti və təmir işləri üzrə layihlərə dair elektron və yazılı məlumat bazası yaradılmasını və bu məlumatların mütəmadi olaraq yenilənməsini təmin etmək;
  • Tikinti və təmir işləri üzrə layihlərin sənədləşməsinin düzgünlüyünə və onların saxlanma qaydasına uyğun olaraq qeydiyyatlarının dəqiq aparılmasına nəzarət etmək;
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikasına nəzarəti həyata keçirmək;
  • Ona həvalə edilmiş səlahiyyətlər çərçivəsində işlərin tam və vaxtında icrasını təmin etmək;
  • Tikinti dövrləri üzrə müvafiq sənədləşmələri bilmək və həmin sənədləri dövrlər üzrə təmin etmək (tikintinin başlanğıcı, tikintinin icrası və tikintinin sonu);

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Müvafiq qanunvericilik aktları və normalarını bilmək;
  • Tikinti norma və qaydalarının, dövlət standart və texniki şərtlərinin tələblərini,
  • Tikinti təşkilatının fəaliyyətinə dair müvafiq icra hakimiyyəti orqanlarının qərarlarını sərəncamlarını ,əmrlərini, digər rəhbəredici və nrmativ sənədlər haqqında məlumatlı olmaq;
  • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
  • Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (yaxşı), Microsoft Office və AutoCAD (digər qrafik və hesabat proqramlarını bilmək üstünlükdür), Primavera P6 proqramları

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Mühəndis ixtisası (Sənaye və mülki tikinti) üzrə ali təhsil;
  • Tikinti təşkilatlarında rəhbər və mühəndis-texniki vəzifələrində 5 ildən az olmayaraq iş təcrübəsi

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Baş mühəndis” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) cv@azergold.az elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı