Qısa məzmun
AzərPambıq ASK Böyük mühasib (vergilər üzrə) vəzifəsi üzrə vakansiya elan edir.
Link : https://qlor.me/lhoe8a6xm
Təsvir
- İlkin uçot sənədləri əsasında müxabirləşmələrin 1C 8.3 ERP proqram təminatına daxil edilməsi və vergilərlə bağlı bütün əməliyyatların proqrama işlənməsi;
- Aylıq, rüblük və illik vergi bəyannamələrinin hazırlanması və Baş mühasibə təqdim edilməsi;
- Aylıq, rüblük və illik statistika hesabatlarının hazırlanması və Baş mühasibə təqdim edilməsi;
- Rüblük MDSS hesabatının hazırlanması və Baş mühasibə təqdim edilməsi;
- Vahid Bəyənnamənin hazırlanması və Baş mühasibə təqdim edilməsi;
- Bank əməliyyatının həyata keçirilməsi, qaimə və hesab-fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsinə nəzarət edilməsi;
- Vergi, Gömrük, DSMF və digər dövlət orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və yazışmaların aparılması;
- Alış aktı tələb edən vergi ödəyicisi olmayan fiziki şəxslərlə hesablaşmalar üçün onlayn alış aktlarının hazırlanması;
- Debitor və kreditor borcların nəzarətdə saxlanılması və debitor və kreditorlardan daxil olan məlumatların hesabatda düzgün əks etdirilməsi;
- Kassa aparatlarının qeydiyyatı, obyektlərin qeydiyyatı, uçota alınması, xitam verilməsi, bərpa edilməsi və s. proseslərin icrası ilə bağlı vergi orqanları ilə yazışmaların aparılması;
- Vergi qanunvericiliyini və yenilikləri izləyərək uçotun optimallaşdırılması istiqamətində müvafiq təkliflərin verilməsi.
Tələblər
- Analoji sahə üzrə minimum 5-10 il iş təcrübəsi;
- 1C 8.3 ERP proqramında yüksək işləmək bacarığı;
- Elektron portallarda işləmək bacarığı (e-gov, emas.sosial, e-taxes və s.);
- MS Office proqramında işləmək bacarığı, o cümlədən yüksək səviyyədə Excel bilikləri;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsini yüksək səviyyədə bilməli;
- Azərbaycan Respsublikasının Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyəti maddələrini bilməli;
- Azərbaycan dilini (rəsmi yazışma dili) yüksək səviyyədə bilməli;
- Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir;
- Problemləri həll etmə bacarığı olmalıdır;
- PMS sertifikatının olması arzu olunandır.
- Yaş həddi 30-dan yuxarı
Oxşar vakansiya siyahısı:
Kredit mütəxəssisi
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Borcların təhlili üzrə kiçik mütəxəssis
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
600 — 800 ₼
Mühasib köməkçisi“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Maliyyə meneceri
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisiEmbafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...