Qısa məzmun
Aztelekom MMC Komplayens üzrə Kiçik Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Link: https://qlor.me/lkqm69ppg
Təsvir
- Şirkətdaxili komplayens proqramının hazırlanması, bu proqram üzrə tədbirlərin həyata keçirilməsi;
- Şirkətdaxili normativ sənədlərin (siyasət, qayda, təlimat, prosedur və s.) ekspertizasını həyata keçirmək və bu sənədləri dövri olaraq nəzərdən keçirməklə cari komplayens tələblərinə uyğunlaşdırılmasına dair təkliflər vermək;
- Şirkət daxilində “Maraqların toqquşması” hallarına nəzarət etmək və qeydiyyatını aparmaq;
- Xüsusi komplayens indikatorlarına nəzarət etmək;
- Daxili sənədlərin komplayens tələblərinə uyğunluğunu yoxlamaq, aşkar edilmiş uyğunsuzluqlar və onların aradan qaldırılması ilə bağlı təkliflər vermək;
- Şirkətin müəyyən edilmiş korporativ idarəetmə məqsədlərinə çatmağa kömək edən əsaslandırılmış korporativ siyasət və strategiyaları tövsiyə etmək;
- Şirkətin etik davranış qaydalarının hazırlanmasında iştirak etmək, ehtiyac olduqda dəyişikliklər edilməsini təklif etmək;
- Etik davranış qaydalarının tətbiqinə nəzarət etmək;
- Komplayenslə əlaqədar şikayətləri araşdırmaq və qiymətləndirmək;
- Şirkətin biznes proseslərinin qanunvericiliyə və daxili qaydalara uyğunluğu barədə birbaşa rəhbərinə hesabatlar təqdim etmək;
- Fəaliyyəti zamanı əməliyyat riski və ya insident aşkar etdikdə, bu barədə birbaşa rəhbərinin məlumatlandırılmasını təmin etmək;
- İnsidentlərin idarə edilməsi mexanizminin tətbiqini təşkil etmək və dəstək göstərmək;
- Proseslərin optimallaşdırılması ilə bağlı təkliflər vermək;
- Komplayens sahəsində daxili normativ sənədlərin işlənib hazırlanması və aktual saxlanılması prosesini təmin etmək;
- Birbaşa rəhbər tərəfindən həvalə edilmiş komplayens üzrə digər tapşırıqları yerinə yetirmək.
Tələblər
- Ali təhsil;
- Komplayens üzrə sertifikatlara malik olmaq;
- Müvafiq sahə üzrə ən azı 1-3 il iş təcrübəsi;
- Microsoft Office proqramları ilə peşəkar işləmə bacarığı;
- Operativ və düzgün qərar vermə qabiliyyəti;
- Təşkilati bacarıqlar (yazışma qaydaları, vaxtın idarə edilməsi, planlaşdırma, kommunikasiya və s.);
- Konfidensial və həssas məlumatlarla işləmək bacarığı;
- Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarıqları;
- Dil bilikləri: Azərbaycan dili sərbəst; ingilis dili əla; rus dili (arzuolunan).
Oxşar vakansiya siyahısı:
900 — 1100 ₼
1C operatorCamal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
900 — 1100 ₼
1C operatorCamal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...