Qısa məzmun
Azərbaycan Dəmir Yolları Kassir – nəzarətçi ( Qəbələ) vəzifəsi üzrə vakansiya elan edir.
İşin təsviri:
- Qayda və təlimatların tələbinə uyğun şəhərlərarası (rayonlararası) istiqamətə sərnişin biletlərinin satışını və geri qaytarılmasını həyata keçirir, ciddi hesabat blanklarının, maliyyə blanklarının qorunub saxlanmasını təmin edir;
- Qurğu və avadanlıqların işinə nəzarət edir, onların saz saxlanmasına cavabdehlik daşıyır, bilet satışında əldə olunmuş pul vəsaitini böyük kassir-nəzarətçiyə təhvil verir;
- Qanunvericiliyin tələbinə müvafiq daxili intizam qaydalarının, vəzifə öhdəliyini tənzimləyən digər qayda və təlimatların tələbini yerinə yetirir;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğın təhlükəsizliyi qayda və normalarının tələblərinə əməl edir;
- Müraciət edən sərnişinlərə dolğun məlumat verir, onlara köməklik göstərir, nəzakətlə diqqət və qayğı göstərir;
- Funksional vəzifələrini yerinə yetirməkdə ona maneə törədən səbəbləri aradan qaldırmaq üçün tədbirlər görür;
- Müəssisənin rəhbərinin onun fəaliyyətinə dair qərar layihələri ilə tanış olur.
Tələb olunan təhsil, təcrübə və bacarıqlar:
- Orta təhsil və sahə üzrə 3 il iş təcrübəsi;
- Motivasiya, komanda işi, nəticəyönümlülük, etibaryaratma, məsuliyyət kimi fərdi keyfiyyət meyarlarına, müştəriyönümlülük və diqqətlilik kimi funksional keyfiyyət meyarlarına sahib olmalı.
Müraciət etmə qaydaları:
- Maraqlanan namizədlərdən aşağıda link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət etmələri xahiş olunur:
- Son müraciət tarixi : 09.08.2023
https://career.ady.az/Vacancy/Get?id=4249#vp
Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Aparıcı mühasib
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
1000 — 1800 ₼
MühasibƏ/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
1300₼
Mühasib (Əmək haqqı və ödəmələr üzrə)Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis
Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Satış üzrə mühasib
Oven Food Bakery Satış üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...