Qısa məzmun
PASHA Bank Balans hesabatının modelləşdirilməsi üzrə analitik vəzifəsi üzrə vakansiya elan edir.
Link: https://qlor.me/lkgi70pf0
Təsvir
İşiniz nədən ibarətdir?
- Zaman sıraları üçün proqnozlaşdırma modellərinin hazırlanması (makroiqtisadi amillərin tətbiqi ilə);
- Proqnozlaşdırma üçün istifadə olunan modellərin ilkin təsdiqi;
- Proqnozlaşdırma səviyyəsinin arzuolunan dəqiqliyini təmin etmək məqsədilə modellərin müntəzəm şəkildə sınaqdan keçirilməsi və kalibrlənməsi;
- Balans hesabatı modellərini tətbiq etməklə biznes xərclərinin/mənfəətin dəyərləndirilməsi;
- Modellərin perspektiv likvidlik qiymətləndirilməsi çərçivəsinə daxil edilməsi;
- Modellərin daxiletmə parametrləri üçün data tələblərinin yaradılması.
Tələblər
- Sizdən nə tələb olunur?
- Təhsil: riyaziyyat, texnologiya və ya iqtisadiyyat üzrə təhsil.
- Təcrübə: müvafiq sahədə 2 il iş təcrübəsi.
- Xarici dil: ingilis (yaxşı)
- Kompüter bilikləri: “Microsoft Office” proqramları, Excel və VBA bilikləri.
- Bazar biliyi: balans hesabatı riskləri də daxil olmaqla bank işi üzrə biliklər; ehtimal və statistika nəzəriyyəsi, ekonometrika və zaman sıralarının təhlili üzrə biliklər.
- Digər: risklərin idarə edilməsi üzrə ümumi biliklər və güclü ünsiyyət bacarıqları.
Oxşar vakansiya siyahısı:
1000₼
Baş Kredit MütəxəssisiBrand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
700₼
Aparıcı kredit mütəxəssisiƏmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Kredit Mütəxəssisi
Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aparıcı mühasib
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...