Satış üzrə menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azmədənistehsal MMC Satış meneceri vəziəfəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən verilir.

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətin istehsal etdiyi məhsulların satışını həyata keçirmək, yeni satış kanallarının araşdırıb tapılmasını, satış bazarının araşdırılmasını və müştəri təlabatının öyrənilməsini təşkil etmək;
  • Müştərilərlə əlaqələr quraraq Cəmiyyətin məhsullarına dair tanıtımlar etmək, yeni müştərilər tapmaq və onlarla birbaşa əlaqə quraraq xidmətlər haqqında məlumat vermək;
  • Müştərilərin sifarişlərinin təyin olunmuş müddətlərdə istehsalda hazırlanmasını nəzarətdə saxlamaq və hazırlanmış məhsulun müştərilərə vaxtında çatdırılmasını təmin etmək;
  • Satışın yüksəldilməsi və satış prosesinin effektivliyinin artırılması ilə bağlı məsələlərdə fəal iştirak etmək, satışı operativ idarə etmək və öz təkliflərini rəhbərliyə bildirmək;
  • Müştərini tam razı salan davranış nümayiş etdirmək, onu lazımi informasiyalarla təmin etmək və müştəri problemlərini dərhal araşdıraraq müvafiq tədbirlər görmək;
  • Aylıq, rüblük, illik satış planlarını hazırlamaq, rəhbərliyə təqdim etmək və plana uyğun fəaliyyətini həyata keçirmək;
  • Həm daxili, həm də xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən etmək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra etmək, onlara nəzarət etmək və təhlillər aparmaq;
  • Cəmiyyətin internet saytındakı və digər internet resurslarındakı məlumatları mütamadi yeniləmək;
  • Satış bazarında reklam ehtiyacını təhlil etmək, satış məqsədləri üçün reklam mətnlərini hazırlamaq, cəmiyyətin reklam fəliyyətini təşkil etmək, reklam yerləşdirmələrinə aid reklam agentlikləri ilə əməkdaşlıq etmək;
  • Digər şöbələrlə sıx əlaqə saxlayaraq öz vəzifələrini həyata keçirmək və onlardan dəstək almaq.
  • Ümumi şöbə tərəfindən hazırlanmış müqavilələrin surətini və satış protokollarını satış şöbəsində qovluqlarda yığaraq il boyu saxlamaq.
  • Məhsul çeşidinin planlaşdı¬rılması, və Cəmiyyətin məhsul siyasətinin hazırlanmasında iştirak etmək; istehsal edilən və gələcəkdə isteh¬sal edilməsi nəzərdə tutulan məhsul növlərinin və çeşidlərinin müəyyən edilməsində iştirak etmək;
  • İstehsalın bazarın tələbatına və müştərilərin tələbinə uyğunlaşdırılması üçün təkliflər vermək;
  • Cəmiyyətin məhsullarına qiymətqoyma strategiyası və taktikasını işləyib hazırlamaq;
  • Satışa buraxılan məhsulu Cəmiyyətin normativ sənədləri ilə müəyyən edilmiş qaydada müştərilərə və satış məntəqələrinə vaxtlı-vaxtında çatdırılmasını təmin etmək;
  • Satışa buraxılan məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik və aylıq hesabatları dəqiq və ətraflı hazırlayıb rəhbərliyə yazılı surətdə təqdim etmək;
  • Məhsulların təslimi və ödəmələr zamanı meydana çıxan problemləri həll etmək, satış sonrası xidmətlə əlaqədar ortaya çıxan problemləri həll etmək;
  • Satışla bağlı bütün məlumatları 1C proqramına işləmək.
  • Satışla əlaqədar seminar və təlimlərdə iştirak etmək

Namizədə tələblər:

  • Yalnız kişi namizədlər
  • Ali təhsil/ iqtisadiyyat, satış və ya kommersiya mühəndisliyi ixtisası üzrə
  • Qeyri-qida sahəsində xüsusilə, Maşınqayırma, İnşaat, Mədən və Kənd Təsərrüfatı sənayesinin tələblərinə uyğun olaraq istehsal olunan tökmə metal avadanlıqlarının satışı üzrə minimum 3-5 il iş təcrübəsi
  • Azərbaycan, Rus və İngilis dilində səlis danışıq qabiliyyəti
  • 1C ERP-də işləmək bacarığı
  • Təşkilati, analitik və idarəetmə bacarıqları
  • MS Office proqramında professional işləmək bacarığı
  • Ünsiyyət qurmaq, inandırmaq qabiliyyəti, məhsulun yüksək təqdimat bacarığı
  • Liderlik qabiliyyəti olmalıdır

İş şərtləri:

  •  5 günlük iş qrafiki 09:00-dan 17:00-a qədər
  • Əmək haqqı: 1500-2000 AZN
  • İş yeri Xırdalan ərazisində yerləşir
  • Nahar şirkət tərəfindən təmin olunur

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini hr@azmedenistehsal.az elektron ünvanına mövzu yerinə “Satış üzrə menecer” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

 

Oxşar vakansiya siyahısı:

Bölgə Müdiri

Ə/h razılaşma yolu ilə. İnci Group of Companies Bölgə Müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı

1500 — 2000 ₼
Satış təmsilçisi

CMT Group MMC Satış təmsilçisi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

22.04.2024 - Bakı

Satış Meneceri

Dashyunu.az MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Dashyunu.az MMC

22.04.2024 - Bakı

500 — 700 ₼
Satıcı Məsləhətçi

Sabah Group LLC Satış Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

400₼
İnzibati işlər üzrə administrator

Sabah Group LLC Inzibati işlər üzrə administrator vəzifəsi üzrə vakansiya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Satıcı(bəy)

SUPERFON Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...

Superfon

17.04.2024 - Xaçmaz

Satış məsləhətçisi

KEPROSHOP” MMC-dəSatış üzrə məsləhətçi (Kosmetoloji məhsullar üzrə) tələb olunur. ...

Kepro

08.04.2024 - Bakı

Satış Meneceri

Dashyunu.az MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Dashyunu.az MMC

02.04.2024 - Bakı

Satış Meneceri

Dashyunu.az MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Dashyunu.az MMC

01.04.2024 - Bakı