Qısa məzmun
Mirvana Mobilya Fabriki satış meneceri vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat
- Satış meneceri birbaşa direktora tabe olacaq;
- Satış üzrə həftəlik, aylıq hesabatları direktora təqdim edəcək;
- Aylıq, rüblük və illik satış planlamasının həyata keçirilməsində iştirak edəcək;
- Satış performansının analizi (satış dinamikası, məhsul kateqoriyaları və s.);
- Bazarın araşdırılması, mövcud rəqabət mühitinin analizi;
- Sektorda yer alan rəqib şirkətləri və onların məhsullarını analiz edə bilmək;
- Topdan və korporativ müştəri bazasının formalaşdırılması;
- İşgüzar və korporativ danışıqların aparılması;
Namizəd üçün tələblər
- Korporativ idarəetmə prinsiplərini bilməli;
- Yüksək səviyyədə təqdimat və müştəri etirazları ilə işləmək bacarıqları;
Yaxşı səviyyədə müştəri ehtiyaclarını üzə çıxartmaq bacarığı; - Satışla əlaqədar seminar və təlimlərdə iştirak etmək;
- Satış bacarığını və biliklərini daim inkişaf etdirmək;
- Tabeliyində olan kadrları idarə edə bilmə və bu kadrları öyrətmə bacarığı
- Ünsiyyət qabiliyyəti (şifahi və yazılı);
- Verilən tapşırıqları düzgün və vaxtında icra etmə qabiliyyəti;
- Komanda ilə işləmə bacarığı;
- MC ofis proqramlarında (Word, Excel, PowerPoint) müstəqil işləmə bacarığı;
Şirkətdaxili CRM proqramında işləmə bacarığı; - Azərbaycan dilində səlis danışıq qabiliyyəti (Rus dilini bilməsi üstünlükdür);
- Satış sahəsində iş təcrübəsi : 3 ildən az olmamaqla (mebel sahəsində 2 ildən az olmamaqla);
- Yaş həddi: 24-36
- Mebel sahəsində iş təcrübəsi və şəxsi avtomobili olan namizədlərə üstünlük veriləcək
İş rejimi
- 6 günlük iş qrafiki (09:00-17:00)
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş yeri Xətai rayonu Babək prospektində yerləşir.
- Əmək haqqı:1000-1500 AZN (təcrübəyə əsasən) + satışdan bonus
Tələblərə uyğun gələn namizədlər CV-lərini satış meneceri başlığını qeyd etməklə hr@alc-finance.com mail ünvanına göndərə bilərlər. Yalnız tələblərə uyğun gələn namizədlər və satışı meneceri kimi iş təcrübəsi olanlar müraciət etsinlər (hazırda satıcı işləyənlər müraciət etməsin)
Oxşar vakansiya siyahısı:
400 — 600 ₼
Parfümeriya üzrə satış təmsilçisiAzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Satış Meneceri
BMY Caspian MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...