Qısa məzmun
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- Vision, Roadmap formalaşdırılması, məhsul strategiyasının yaradılması;
- Müştəri ehtiyaclarına uyğun olaraq məhsul ilə əlaqəli işlərin siyahısının (Backlog) hazırlanması, prioritetləşdirilməsi, tapşırıq ilə bağlı qəbul kriteriyalarının müəyyən edilməsi;
- Məhsul üzrə hədəflərin icrasının izlənilməsi, tələblərə uyğun olan ehtiyacların formalaşdırılması;
- “Stakeholder”-lərlə daimi ünsiyyət və görüşlərdə iştiraklarının təmin edilməsi;
- Məhsul tələblərinin komanda üzvlərinə aydın şəkildə izah edilməsi.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Minimum 3 il məhsul sahibi/məhsul rəhbəri və ya layihə rəhbəri kimi iş təcrübəsi mütləqdir (Bank, Maliyyə təşkilatı, Fintech və Telekommunikasiya sahələri üzrə);
- Mobil tətbiqlərin yaradılması, istifadəyə verilməsi və Mobil tətbiq hazırlayan komandaya rəhbərlik və idarəetmə üzrə təcrübə mütləqdir;
- Ödəniş sistemləri (kart biznesi) və pərakəndə maliyyə məhsullarının yaradılması üzrə iş təcrübəsi arzuolunandır;
- “Agile” prinsipləri üzrə bilik və təcrübənin olması arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili əla, Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır;
- Analitik düşünmə qabiliyyəti;
- Güclü liderlik və ünsiyyət bacarıqları;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 17 may 2023-cü il tarixinədək emailin mövzu hissəsində Məhsul sahibi (Product owner) qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
Ə/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Oven Food Bakery Satış üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...