Qısa məzmun
Ricon MMC Satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Dinamik komandada işləmək bacarığı olmalıdır.
Vəzifə funksiyaları üzrə gözləntilərimiz:
- Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması;
- Yazışmaların və danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
- Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
- Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
- Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
- Hesabatların hazırlanması və analiz olunması;
- Rəhbərliyə gündəlik və aylıq hesabatların təqdim olunması.
Kvalifikasiyaya olan tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi, tikinti sahəsində iş təcrübəsi üstünlükdür;
- İnnovativ standartlara uyğun işləməyi bacarmalı;
- MS Office (Word, Excel), 1C proqramlarını bilməli;
- Yüksək səviyyədə analitik-riyazi biliklər;
- Danışıqları aparmağı, bazar araşdırılması etməyi bacarmaq;
- İnşaat norma və qaydalarını bilməyi üstünlükdür;
- Təşkilat və onun missiyasına yüksək sadiqlik;
- Müstəqil işləmək bacarığı, habelə yüksək dürüstlük keyfiyyətləri
İş şəraitimiz:
- Əmək haqqı 1000-1500 AZN;
- İş qrafiki 8.00-17.00;
- Mehriban komanda;
- Perspektivli iş şəraiti;
- Şirkətin digər benefitləri
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə email ünvanına Azərbaycan dilində göndərməkləri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
"Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
"Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Cronos Construction Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...
GESCO ASC Təchizat bölməsinin kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zəfər Bağları” MMC Aparıcı anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...