Qısa məzmun
Myshops Sürücü vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Şirkətin təqdim etdiyi sifarişlərə əsasən, avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini həyata keçirmək.
- İstifadə etdiyi avtonəqliyyat vasitəsinin qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək.
- İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün vaxtında Şirkətin təsdiq etdiyi formada yol vərəqələrini, habelə yanacaq alınması üçün kartları əldə etmək.
- Sürücü ona həvalə edilmiş Şirkətin avtonəqliyyat vasitəsinin qorunub saxlanılmasına, sazlığına və təyinatı üzrə düzgün istismarına və bu Vəzifə Təlimatına müvafiq, üzərinə düşən vəzifələrin vaxtlı-vaxtında keyfiyyətlə yerinə yetirilməsinə görə, Şirkətin qarşısında tam məsuliyyət daşıyır..
- Sürücünün təqsiri üzündən Şirkətə vurulan maddi və/və ya mənəvi ziyan, Sürücü tərəfindən müəyyən olunmuş qaydada, ödənilməlidir.
- Sürücünün təqsiri üzündən Şirkətə vurulan maddi və mənəvi ziyana görə o, müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində Şirkət qarşısında məsuliyyət daşıyır.
- Sürücüyə təhvil verilmiş məhsullara tam cavabdehlik daşımaq və təhlükəsiz şəraitdə qeyd olunan ünvana çatdırmaq.
- Oğurlanmış və itirilmiş məhsullara görə tam maddi məsuliyyət daşımaq.
Tələblər:
- Sürücü olaraq ən azı 1 il iş təcrübəsi
- Sürücülük kateqoriyası B
- Bakı və ətraf kənd ərazilərini yaxşı tanıma
- Diqqətli sürmə və yol hərəkəti qaydalarına əməl etmək
- Müştəri ilə ünsiyyət qurmağı bacarmaq
- Məsuliyyətli, intizamlı və dürüst olmaq
- Bazar ertəsi – Cümə (10:00- 19:00)
- Əmək haqqı: 500 AZN (net)
Müraciət etmək istəyən namizədlər CV-ni mövzu bölməsində “Sürücü” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
İceland şirkəti GPS üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group AZ Dizayn Group Ekspeditor vəzifəsi üzrə vakansiya elan edir.vəzifəsi üzrə vakansiya elan edir. ...
FoxExpress MMC sürücü vəzifəsi üzrə vakansiya elan edir. Yol hərəkəti qaydalarını və yol xəritəsini yaxşı bilməlidir. ...
Hajigabul Poultry Farm Company Servis Sürücüsü vəzifəsi üzrə vakansiya elan edir. ...
Deziline MMC sürücü-dezinfektor (öz şəxsi maşını ilə) vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group AZ Dizayn Group Ekspeditor vəzifəsi üzrə vakansiya elan edir.vəzifəsi üzrə vakansiya elan edir. ...