Biznesin İnkişafı İdarəsinin Bank məhsulları və biznes analitikası şöbəsinin mütəxəssisi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Xalq Bank Biznesin İnkişafı İdarəsinin Bank məhsulları və biznes analitikası şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Link: https://qlor.me/ldst9v2m

Təsvir:

  •  Xidmət/məhsul və müştəri qruplarının dövriyyəsinin, gəlirliliyinin təhlil olunması üçün müxtəlif analitik hesabatların hazırlanması;
  • Alternativ xidmət kanallarının, o cümlədən terminal şəbəkəsi, məsafədən bankçılıq və rəqəmsal bankçılıq xidmətlərinin səmərəliliyinin təhlili;
  • Müştəri davranışlarının təhlil olunması məqsədi ilə müxtəlif analitik hesabatların hazırlanması;
  • Aidiyyatı struktur bölmələrlə birlikdə müştəri bazasının seqmentləşdirilməsi və satışların səmərəliliyinin ölçülməsi;
  • Bankın biznes tərəfdaşları ilə əməkdaşlıq şərtlərinin müəyyən olunmasında iştirak və müvafiq şərtlərin mütəmadi Bank üçün səmərəliliyinin təhlili;
  • Bankın fəaliyyətinin müxtəlif sahələrini əhatə edən istiqamətlər üzrə təhlillər aparılması və analitik hesabatların hazırlanması;
  • Bankın əməliyyat tariflərində nəzərdə tutulan əlavə və dəyişikliklərin layihəsinin hazırlanması və təhlil edilərək aidiyyatı üzrə müzakirəyə təqdim olunması;
  • Müştərilərin xidmət və məhsul şərtlərinə dair fərdi müraciətlərinin təhlili.

Tələblər:

  • Magistr təhsilin olması;
  • Ən azı 2 il biznes analitikası sahəsində və ya bankda iş təcrübəsi;
  • Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
  • Analitik düşünmə qabiliyyəti;
  • Peşəkar səviyyədə MS Excel-dən istifadə bacarığı, SQL proqramlaşdırma dili üzrə biliklərin olması arzuolunandır;
  • Komanda işini bacarmalı və bankın digər funskional strukturları ilə işləmək bacarığı;
  • Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı;
  • İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
  •  Azərbaycan dilini mükəmməl səviyyədə bilmək.

Oxşar vakansiya siyahısı:

Audit

BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...

Falcon Finance

02.10.2025 - Bakı

Komplayens şöbəsinin mütəxəssisi

BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Falcon Finance

02.10.2025 - Bakı

200₼
Mühasib təcrübəçi

Pro Con İPro Con İzo Mühasib təcrübəçi i üzrə vakansiya elan edir.r. ...

PRO CON izo

05.09.2025 - Bakı

1500₼
Aparıcı mühasib

Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...

Aznet Technologies

01.09.2025 - Bakı