Qısa məzmun
Superfon Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə min. 2 il
Təhsil: Ali (Mühasibatlıq, Maliyyə)
Vəzifə öhdəlikləri:
- Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması;
- Bank və kassa əməliyyatlarının icrası;
- Mal-materialların alışı, satışı, yerdəyişməsi və silinməsi ilə bağlı uçotun aparılması, sənədləşmə işlərinin təmin edilməsi;
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hesablanmalarının yoxlanılması və ödənişləri;
- Uçot üzrə bütün əməliyyatların 1C proqramına işlənilməsi;
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək.
- Kiçik mühasiblərin işinə nəzarət etmək
Namizədə tələblər:
- Mühasibat uçotu, audit və maliyyə sahəsində ali təhsil;
- Riyazi hesablama aparma, analitik təhlil etmək qabiliyyəti;
- AR-sı Əmək və Vergi məcəlləsini, həmçinin tələb olunan digər qanunvericilik aktlarını bilmək;
- Milli mühasibat uçotu standartlarını bilmək;
- Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- Karyera yüksəlişi imkanı;
- Korporativ mobil nömrə.
Müraciət qaydaları:
CV-nizi hr@superfon.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “ Aparıcı Mühasib” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis
Aztelco Group MMC Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis Vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...