Qısa məzmun
Ferrum Capital Korporativ satış üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Hansı özəlliklərə malik olmalıdır?
- Ali təhsil;
- 21-29 yaş aralığı;
- Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür);
- Komanda ilə işləməyi bacarmaq, işinə həvəsli və özünü təkmilləşdirməyə meyilli olmaq;
- Ünsiyyət və inandırma bacarığının olması;
- Analitik düşünmək, diqqətli olmaq, təşəbbüs göstərməkdən qorxmamaq;
- Hədəf yönümlü olmaq;
- Düzgün səs tonuna və düzgün diksiyaya malik olmaq;
- Satış sahəsi üzrə karyera qurmağı planlamaq.
Korporativ satış üzrə kiçik mütəxəssis nə iş görür?
- Qoyulmuş hədəflərə əsasən faktorinq xidmətlərinin satışı və müştəri portfelinin böyüdülməsi;
- Bazar araşdırmalarının aparılması, yeni satış kanallarının formalaşdırılması satış kanallarımızı idarə etmək və böyütmək üçün Satışın inkişafı bölməsi ilə birlikdə çalışmaq;
- Müştərilərin qorunub saxlanılması təşəbbüslərinin hazırlanması, həmçinin çarpaz-satış imkanlarının inkişaf etdirilməsi;
- Müştəri rəylərinə əsaslanaraq yeni məhsulların yaradılması və mövcud məhsulların təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması;
- Satış proqressini dəqiq izləmək məqsədilə satış qıfının (sales funnel) formallaşması və idarəetmə təşəbbüslərində komanda üzvləri ilə birgə işlənilməsi.
Əlavə məlumat:
- 5 günlük iş qrafiki: 09:30 – 18:30
- Əmək haqqı: 345 AZN (Gross) + Bonus
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Korporativ satış üzrə kiçik mütəxəssis” qeyd etməklə e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
AzəriMed QSC Tibbi Nümayəndə vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi Kargüzar vəzifəsi üzrə vakansiya elan edir. ...
Zuleykha Accessories aksesuar mağazalar şəbəkəsi Satış Məsləhətçilərini işə qəbul edir. ...
AzeriMed LLC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Askona MMC şirkəti Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Inci Group of Companies LLC Ekspeditor vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...