Qısa məzmun
The White Wind Baş aşpaz vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək;
- Yerli və beynəlxalq mətbəxdə isti və soyuq bölümlərdə böyük təcrübəyə sahibi olmaq;
- Lazım olan ərzağın miqdarını və dəyərini hesablamaq, onun vaxtında çatdırılmasına və tələb olunan standarta cavab verməsinə nəzarət etmək;
- Aşpazları və mətbəxdə çalışan digər işçiləri daima təlimatlandırmaq, yemək hazırlamaq sahəsində olan yenilikləri və həmçinin yeni avadanlıqlardan istifadə qaydalarını onlara nümayiş etdirmək.
- Menyuların hazırlanmasında zəngin təcrübəyə malik olmaq;
- Yerli və xarici turizm bazarına məxsus müştərilərin milli mətbəxlərini daima öyrənməyə çalışmalı, xüsusən xarici müştərilərin xüsusi sifarişlərini hazırlamağı da bacarmalı və işçilərə aşılamalı;
- Xüsusi turist, banket və s qrupları üçün xüsusi menyuların minimum itkilərlə hazırlanmasını bacarmalı və tabeçiliyindəki işçilərə aşılamalı, minimum xərclərlə yüksək keyfiyyətli yeməklərin,şirniyyatların qonaq məmnunluğunu yüksək səviyyəyə çatdıracaq səviyyədə keyfiyyətlə hazırlanmasını təmin etməli;
- Aşpaz və yardımçı heyət də daxil olmaqla yeni işçi qəbul etmək, onları təlimatlandırmaq və istiqamətləndirmək;
- Qiyməti müəyyənləşdirmək və müvafiq ərzaq sifariş etmək üçün satışa cavabdeh məsul şəxslə mütəmadi görüşmək;
- Müştərilərin sifarişinin düzgün hazırlanması məqsədilə planlaşmanı, büdcəni və ərzağın alınması prosesini tənzimləmək;
- Yeməklərin vaxtında hazır olmasını və gecikmədən mətbəxdən çıxmasını təmin etmək və tabe heyəti vaxtaşırı təlimatlandırmaq;
- Bütün istismar avadanlıqları və ləvazimatlarını ehtiyatla istifadə edərək itkilər və tullantıların minimuma endirilməsinə nəzarət etmək;
- Dequstasiya prosesinə hazırlığı həyata keçirmək.
Tələb olunan bilik, bacarıq və təcrübə:
- Baş Aşpaz vəzifəsində, yerli və dünya mətbəxi sahəsi üzrə 5-7 il iş təcrübəsi;
- Aşpazlıq sahəsində müvafiq təhsil və ixtisaslı təlim-tədris müəssisələrinin sertifikatlar.
- MS Office proqramlarını bilməli(sərbəst şəkildə xüsusi proqramlar vasitəsilə yüksək keyfiyyətli menyu hazırlama bacarığı üstünlük kimi qiymətləndirilir);
- Məsuliyyətli, diqqətli və ünsiyyətcil, yüksək idarəetmə bacarığı olmalı;
- Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı;
- Azərbaycan dilini mükəmməl bilmək (rus dili biliyi əlavə üstünlükdür);
Qeyd: İş yeri Ağ Şəhərdə yerləşir
Maraqlanan namizədlər cv-lərini mövzu hissəsində vakansiyanın adını “Baş Aşpaz” qeyd etməklə göndərə bilər
Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə salanılacaq.
Oxşar vakansiya siyahısı:
Baş Mexanik
Grand Motors Baş Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Texnoloq
Camal LTD şirkəti Texnoloq vəzifəsi üzrə vakansiya elan edir. ...
Texnoloq
Camal LTD şirkəti Texnoloq vəzifəsi üzrə vakansiya elan edir. ...
Fəhlə
İİnci Group Of Commpanies Fəhlə vəzifəsi üzrə vakansiya elan edir. ...