Qısa məzmun
MKT İstehsalat Kommersiya MMC Əmək haqqı hesablanması üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İşiniz nələrdən ibarət olacaq?
- Şirkət əməkdaşlarının aylıq əmək haqqının (məzuniyyət, xəstəlik vərəqəsi, əlavə iş saatı, mükafatlar) hesablanmasını və vaxtında ödənilməsini təmin etmək;
- Bonus əmrlərinin qanunvericilik əsasında hazırlanması və ödənişə vermək;
- Filiallar üzrə davamiyyət cədvəllərinə əsasən əmək haqqı hesablanmasını yerinə yetirmək;
- Əmək haqqı hesablanması etdiyi bütün filiallar üzrə hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;t;
- Əmək haqqı üzrə büdcə və proqnozlarının hazırlanmasında iştirak etmək;
- Əmək haqqı hesablanması ilə bağlı prosedurların optimallaşdırılmasına dəstək olmaq;
- Bank hesab nömrələrinin açılması və əmək haqqı kart sifarişlərini yerinə yetirmək;
- Bölmənin fəaliyyəti və iş bölgüsünə əsasən əmək haqqı hesablanması ilə bağlı bütün prosesləri vaxtında və düzgün şəkildə icra etmək.
İşinizi görmək üçün sizdən nələri tələb edirik?
- Ali təhsil (Maliyyə, Mühasibatlıq və İnsan Resursları sahəsində);
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;
- Elektron Hökümət Portalları ilə ( e-sosial; İSB; ƏMAS) işləmə bacarığı;
- Microsoft Office (Word, Excel) proqramlarında sərbəst işləmək (1С 8.3 proqramında işləmə bacarığı);
- Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;
- Operativ və düzgün qərar vermək bacarığı;
- Problemləri həll etmə bacarığı.
- İngilis və rus dili arzu olunandır.
Sizdən gözləntilərimiz nələrdir?
- Təşəbbüskarlıq;
- İnnovativlik;
- Pozitivlik.
Vakansiya haqqında əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
- İş yeri: Baki şəhəri, Qafqaz Business Center.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...