Sətəm üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Camal LTD şirkəti Sətəm üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • İşçilərə əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə ilkin təlimatlandırmanın keçiriməsi;
  • İstehsalat sahələrində sağlamlıq, əməyin mühafizəsi və texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi üzə işlərin planlaşdırılmasında və icra edilməsində iştirak etmək;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi üzrə giriş təlimatın keçirilməsini təşkil və icra edilməsində iştirak etmək;
  • Şirkətə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasında və cavablandırılmasında iştirak etmək;
  • İş şəraiti nəzərə alınmaqla qiymətləndirilmiş risklərin səviyyəsinin azalmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə nəzarətin aparılmasında iştirak etmək;
  • Sağlamlıq, əmək şəraiti və texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi sahələrində,həmçinin podratçı/subpodratçı təşkilatlardan məlumatların toplanması,işlənməsi və aidiyyatı üzrə ötürülməsi işlərinin həyata keçirməsində iştirak etmək;
  • Sağlamlıq, əməyin mühafizəsi və texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi,o cümlədən iş şəraitinin yaxşılaşdırılmasına yönələn müvafiq kompleks planların hazırlanmasında iştirak etmək;
  • Gündəlik, aylıq, illik hesabatların tərtib etmək şöbə müdir müavininə, şöbə müdirinə təqdim etmək;
  • İşçilərin vaxtlı-vaxtında dövri tibbi müayinədən keçmələrini təmin edilməsində iştirak etmək və dövri (əmək fəaliyyəti müddətində) tibbi müayinədən keçən işçilərin peşə və vəzifələrinin siyahısının müvafiq qaydada hazırlanmasına dəstək olmaq;
  • İstehsalatda baş vermiş bədbəxt hadisələrin qanunvericliyin tələblərinə uyğun olaraq aparılmış təhqiqatı nəticəsinə uyğun olaraq müvafiq göstərişlərin yerinə yetirilməsinə iştirak etmək:

Tələblər:

  • Ali təhsil
  • Sahə üzrə 2 ildən artıq iş təcrübəsi;
  • Azərbaycan Respublikasının qanunlarını, daxili əmək intizamı qaydalarını və əməyin təşkilinin əsaslarını bilməli;
  • MS Office (Outlook, Word, Excel. PowerPoint) proqramlarında sərbəst işləmə bacarığı;
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı, İngilis və Rus dili arzu olunandır;
  • Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, təşkilatın missiyasına sadiqlik.

Əlavə məlumat:

  • Əmək haqqı; 1000+ AZN;
  • AR qanunvericiliyinə əsasən sənədləşmə;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • İş yeri: Baki şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi:

Maraqlanan namizədlərdən mövzu sətrində “SƏTƏM üzrə mütəxəssis” qeyd etməklə CV ni elbrus.rasulzade@iceland.az mail ünvanına göndərmələri tələb olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Ünvan: Bakı şəh., Sulutəpə qəs., R.Allahverdiyev küç., 21D, döngə 9 “Camal” LTD şirkəti

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı