Qısa məzmun
PASHA Bank Məhsul Riskləri üzrə Assistent vəzifəsi üzrə vakansiya elan edir.
Link: https://qlor.me/lfc5krb7
Təsvir
İşiniz nədən ibarətdir?
- Bankın potensial itkilərinin minimallaşdırılması məqsədilə məhsul və proseslərin, həmçinin məhsul portfeli üzrə nəticələrin avtomatlaşdırılması;
- Məhsul portfelinin əsas parametrlər üzrə dinamikasının izlənilməsi və trend, davranış üzrə təhlillərinin aparılması;
- Modelin idarəedilməsi standartlarının vaxtında və effektiv tətbiq edilməsi;
- Müvafiq tələblərə uyğun gəlməsinə əmin olmaq üçün bankın model risklərinin idarəedilməsi qaydalarına uyğun olaraq model performansının izlənilməsi;
- Modelin qeyri-effektivliyi səbəbindən yarana biləcək itkilərin qarşısının alınması;
- Modelin performansının təhlil edilməsi və proses ilə bağlı müvafiq anlayışların hazırlanması;
- Qeyri-işlək kreditlərin izlənilməsi və təhlili, inkişaf etdirilməli məqamların müəyyən edilməsi;
- Portfelin nəticələri və portfelin müxtəlif istiqamətlərdə (müştəri seqmenti, sənaye növü, tələb və təklif) əsas göstəricilərinin təhlili;
- Məhsul ilə bağlı risklərin idarəedilməsi üzrə ümumi proseslərin tətbiqi;
- Prosesin təkmilləşdirilməsi, yəni tələb edilən sənəd və məlumatların mümkün qədər ixtisar edilməsi və sadələşdirilməsi;
- Proseslərin vaxta qənaət cəhətdən qurulması və proseslərdə əməliyyat itkilərinin aradan qaldırılması;
- Əməliyyatların standartlaşdırılması və avtomatlaşdırma üzrə təkliflərin verilməsi;
- Modelin ƏFG-nin izlənilməsi və yenilənmə/kalibrasiya üzrə dəstək;
- Modelin strukturu və idarəedilməsinin effektiv tətbiq olunmasına dəstək;
- Təkmilləşdirilmiş ideyaların praktiki tədbirlərə transformasıyasının həyata keçirilməsi;
- Məhsul üzrə dəyişikliklərin (müddət, faiz) müəyyən edilməsi;
- İdarə edilə bilən risklər əsasında biznes davamlılığı üzrə planların hazırlanmasında iştirak;
- Sifarişlərin işlənməsi ilə bağlı anderrayterlərə dəstək, həmçinin biznes sahibi və risk eksperti model keyfiyyətinin artırılması ilə bağlı bütün əməliyyat və göstərişlərə dəstək;
- Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq proseduralara, IFRS və Risk iştahası tələblərinə əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsi.
Tələblər
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə, Bank işi, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
- İş təcrübəsi: Kredit, Risk, Maliyyə təhlili və ya müvafiq sahə üzrə təcrübə üstünlükdür.
- Lisenziya/ Sertifikat: Maliyyənin təhlili, Kredit, Risk, ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası) üzrə sertifikatlar üstünlükdür.
- Xarici dil: İngilis dili (səlis), Rus dili (orta)
- Kompüter bilikləri: Microsoft Office
- Bazar bilikləri: Azərbaycan iqtisadiyyatı və bizneslərin dinamikası haqqında məlumat və biliklər
- Digər: Maliyyə sahəsi, bank qanunvericiliyi və requlyator tələblər ilə əlaqəli biliklər, maliyyə təhlili, bankçılıq və mühasibatlıq haqqında nəzəri biliklərin olması üstünlükdür.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...