Beynəlxalq yükdaşıma üzrə sürücü (Tır sürücüsü)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

WE Group Vakansiya: Beynəlxalq yükdaşıma üzrə sürücü (Tır sürücüsü) vəzifəsi üzrə vakansiya elan edir.

WE Group – 1994-cü il tarixindən Beynəlxalq Yükdaşıma və Logistika, Servis xidməti və Ehtiyat hissələrinin satışı üzrə fəaliyyət göstərən şirkətdir.

Tələblər:

  • Yaş həddi: 30 – 55;
  • Təcrübə: 5 il (Xüsusilə Tır Nəqliyyat Vasitəsində və Avropa, Rusiya, Türkiyə, Gürcüstan istiqaməti üzrə);
  • B, CE kateqoriyalı sürücülük vəsiqəsi və Xarici pasport;
  • Nəqliyyat vasitəsinə və yükə aid sənədlərlə (CEMT, (EKMT) CMR, TIR CORNET) işləmə bacarığı;
  • Yol hərəkəti və nəqliyyat vasitələrinin texniki istismarı qaydalarını həmçinin nəqliyyat vasitələrinin qarajlarda və açıq dayanacaqlarda saxlanılması qaydalarını bilməli.

İş barədə məlumat:

  •  Nəqliyyat vasitəsinin texniki vəziyyətinin yoxlanılması və xəttə çıxmazdan əvvəl qəbulu, qayıtdıqdan sonra maşının təhvil verilməsi və ona ayrılmış yerə qoyulması;
  • Tentli yarımqoşqulu nəqliyyat vasitələrinin idarə edilməsi;
  • Nəqliyyat Vasitəsinin yükləmə zamanı yük altına verilməsi, yüklərin yüklənib-boşaldılmasına, yükün yerləşdirilərkən kuzovda bağlanmasına nəzarət, iş zamanı xətdə qarşıya çıxan və mexanizmin sökülməsini tələb etməyən xırda nasazlıqların aradan qaldırılması;
  • Təmirə nəzarət və nəqliyyat vasitələrinin yolda yaranan problemlərinin aradan qaldırılması;
  • Hərəkət zamanı nəqliyyat vasitəsinin surət həddinə nəzarət və plana uyğun boşalma məntəqəsinə yükün çatdırılması;
  • Yollarda olan cərimələrə nəzarət və yol sənədlərinin rəsmiləşdirilməsi;
  • Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət edilməsi;
  • Rəhbərinin göstərişlərinin mübahisə etmədən icra edilməsi.

Əmək şəraiti:

  • Əmək haqqı: razılaşma yolu ilə
  • İş rejimi: Beynəlxalq yükdaşıma olduğundan ezamiyyə qaydaları ilə tənzimlənir.
  • Ünvan: Sumqayıt şəhəri, “Azərbaycan Dəmiryolu yük həyəti” massivi.
  • Maraqlanan namizədlər CV formalarını mövzu hissəsində “tır sürücüsü” qeyd etməklə hr@we-forward.com elektron ünvanına göndərə və ya +994 55 722 – 44 – 44 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Oxşar vakansiya siyahısı:

500₼
Sürücü köməkçisi

İnci Group of Companies Sürücü köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı

500 — 1000 ₼
Sürücü

İnci Group of Companies Sürücü- vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

02.04.2024 - Bakı

535₼
Sürücü

Sağlam Ailə” tibb mərkəzi “Sürücü” vakansiyası elan edir. ...

Sağlam Ailə

30.03.2024 - Bakı