Bölgə müdiri (Mağazalar üzrə)
vakansiya — 2026

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. İnci Group of Companies Bölgə müdiri vəzifəsi üzrə vakansiya elan edir. İdarəetmə qabiliyyəti olmalıdır.

Namizədə dair tələblər: 

  • Müvafiq sahədə ən azı 3 il iş təcrübə;
  • MS Office (Word, Excel, Outlook) proqramlarında işləmək bacarığı;
  • İdarəetmə, analiz və təhlil etmə, yüksək səviyyədə ünsiyyət qurma və inandırma bacarığı;
  • Azərbaycan dilində sərbəst ünsiyyət qura bilmə bacarığı vacibdir;
  • Məsuliyyətli, təşəbbüskar və inkişafa meyilli olma;
  • Yaş həddi: 26-40;
  • Sürücülük vəsiqəsi (B kategoriya);
  • Şəxsi avtomobil.

İş barədə məlumat:

  • Mağazalar zəncirinin idarə edilməsi;
  • İşin təşkili və problemlərin aradan qaldırılması üzrə mağaza rəhbərləri ilə işin aparılması;
  • Mağaza rəhbərindən mütəmadi olaraq müvafiq hesabatların alınması, bütün sistem üzrə qruplaşdırılması, analiz edilməsi və rəhbərliyə təqdim edilməsi;
  • Mağazaların satışının artırılması məqsədi ilə market rəhbərlərinin istiqamətləndirilməsi, təkliflərinin analiz edilməsi, qərarın verilməsi üçün rəhbərlik qarşısında təqdimatın edilməsi;
  • Verilmiş tapşırıqların və qoyulmuş qaydaların icrasını yoxlamaq məqsədi ilə ərazilərin gündəlik ziyarət olunması
  • Mağaza işçi heyətinin xidmətin fəaliyyətinin təşkilində və qiymətləndirilməsində bilavasitə iştirak etmək, bölgə üzrə işçilərin aylıq qrafiklərini izləmək və təsdiqləmək.

Təminatlar:

  • Təlim və inkişaf məsələlərində Şirkətin dəstəyi;
  • Korporativ telefon danışıqları və yanacaq haqqının ödənilməsi;
  • AR qanunvericiliyinə uyğun sənədləşmə;
  • Əmək haqqı fiks fond və satışdan bonuslar  əsasında müəyyən olunur;

Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı –  hr.inci@inci.az emailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı yazılmalıdır.

Oxşar vakansiya siyahısı:

400 — 600 ₼
Parfümeriya üzrə satış təmsilçisi

AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

03.12.2025 - Bakı

Satış Meneceri

BMY Caspian MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

BMY Caspian MMC

03.12.2025 - Bakı