Qısa məzmun
Ə/h 800 AZN + Bonus. Camal LTD Debitor Borclar üzrə Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Debitor borclarının izlənməsi və təhlili;
- Şübhəli Debitor borclarının müəyyən edilməsi;
- Avans sahiblərinin balanslarına nəzarət etmək;
- Müştərilər ilə üzləşmə aktlarını / hesabatlarını hazırlamaq;
- Debitor balans hesabatını müvafiq maraqlı tərəflərlə təhlil etmək;
- Hesabların müxabirləşməsini nəzərdən keçirmək, araşdırmaq, səhvlikləri və uyğunsuzluqları aradan qaldırmaq;
- Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq;
- Debitorlarla hesablaşmalara nəzarət etmək və debitorlar üzrə qalıqların yoxlanılması;
- Digər gündəlik və aylıq debitor hesablar üzrə əməliyyatların yerinə yetirilməsi və iclasların təşkili;
- Debitorların izlənilməsi, gündəlik E-qaimə tərtib edilib göndərilməsi;
- Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etmək.
Namizədə tələblər
- Təhsil : Ali İş təcrübəsi : 1 ildən 3 ilə qədər
- Cins : Kişi
- Ali təhsil;
- Maliyyə sahəsində 1-3 illik təcrübə;
- Güclü proses və planlaşdırma düşüncəsi;
- İşə strukturlaşdırılmış və proses yönümlü yanaşmaya malik olmaq;
- Microsoft Word, Excel, 1C(8.3)
- Stressə davamlı və sürətli qərar qəbuletmə bacarığı;
- Mühasibat uçotu ilə bağlı yerli qanunvericiliyi bilmək;
- Əmək haqqı: 800 AZN +
Bu vəzifəyə müraciət etmək üçün CV-ni hr@iceland.az ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Debitor borclar üzrə mühasib” Mövzu bölməsində göstərin
Oxşar vakansiya siyahısı:
Audit
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayens şöbəsinin mütəxəssisi
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...