Qısa məzmun
Azərbaycan Metrologiya İnstitutu PHŞ İnsan Resursları üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə funksiyaları:
- Təlim və inkişaf ehtiyaclarının təhlili və müəyyən edilməsi;
- İllik və aylıq təlim planının hazırlanması və təşkil edilməsi;
- Təlim kontentinin (oryantasiya, adaptasiya və s.) hazırlanması və dizayn edilməsi;
- Müəssisədaxili sorğuların həyata keçirilməsinin təşkili;
- İşə qəbul kanallarının idərə olunması;
- Vakansiyalara uyğun namizədlərin seçilməsi,ilkin müsahibələrin təşkili və keçirilməsi;
- İş analizini həyata keçirnək;
- Yeni işə qəbul edilən işçilərə şirkətin prosedur qaydaları haqqında, vəzifə öhdəlikləri, struktur haqqında təlimatın verilməsi
- Vəzifələr üzrə səriştə bazasının hazırlanması prosesində iştirak etmək;
- Vəzifə dəyərləndirmələri üzrə imtahanları təşkil etmək və icra etmək.
Vəzifənin tutulmasına dair tələblər:
- Təhsil : Ali İqtisadiyyat, İdarəetmə, Sosial elmlər (Sosiologiya, Psixologiya və ya oxşar sahələr);
- İş təcrübəsi: Müvafiq sahədə 1 ildən yuxarı;
- Azərbaycan dili (sərbəst), ingilis dili (yaxşı) və rus dili (arzuolunandır);
- Kompüter bilikləri: “Microsoft Office” proqramları (Excel, Word, Powerpoint;) əla səviyyədə;
- İnsan Resursları sahəsində beynəlxalq sertifikatlar üstünlükdür;
- Akademik və praktik mənbələrdən insan resurslarına dair araşdırma bacarığı;
- Analitik düşüncə və təklifləri təqdim etmə bacarığı.
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və səriştələr:
- Məsuliyyətlilik; etibarlılıq, dürüstlük;
- Təşkilatçılıq və koordinasiya etmə
- Müsahibə aparma;
- Təqdimat etmə;
- Ünsiyyət qurma;
- Komandada işləmə;
- İnkişaf yönümlü və innovativlik;
- Operativlik, çeviklik;
- Müşahidə aparma;
İş şəraiti:
- İş qrafiki: 5 günlük (09:00-18:00)
- Əmək haqqı: Razılaşma əsasında
- Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi 7 ci köndələn (Ulduz metro stansiyası yaxınlığı)
- Servis müəssisə tərəfindən təmin edilir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları üzrə aparıcı mütəxəssis” qeyd etməklə hr@metrology.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
NYS Information Technologies İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Brand Credit BOKT İnsan Resursları Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
OBA marketlər şəbəkəsi Təşkilati İnkişaf və Dizayn üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...