Qısa məzmun
PASHA Bank Əməliyyat risklərinin idarə edilməsi şöbəsinin baş mütəxəssisivəzifəsi üzrə vakansiya elan edir.
Link: https://qlor.me/ldoqefcz
Təsvir
İşiniz nədən ibarətdir?
- Qeyri-maliyyə risklər üzrə iştahanın müəyyən edilməsi, idarə edilməsi və monitorinqi;
- Risk iştahası üzrə limitlərin pozulması hallarında tədbirlər planının təqdim edilməsi;
- Fəlakət və ya digər gözlənilməz hallar zamanı bankın normal fəaliyyətini davam etdirmək üçün strategiyaların işlənib hazırlanması;
- Bankın bütün yeni və mövcud normativ sənədlərinin və məhsullarının nəzərdən keçirilməsi – potensial qeyri-maliyyə riskinin başvermə ehtimalının yoxlanılması;
- Ssenarilərin təhlil edilməsi, stress testlərin icrası və icrasına nəzarət;
- Risklərin təhlili zamanı potensial itkilərin hesablanması və insidentlər ilə üzləşdirilməsi;
- Əməliyyat risklərinin bankın kapitalına olan təsirinin hesablanmasına dəstək;
- Risk iştahası bəyannaməsi (RİB) limitlərinin və tolerantlıq səviyyəsinin pozulmasının və statusunun davamlı nəzərdən keçirilməsi;
- İnsidentlərin və risklərin idarəedilməsi sisteminə daxil olan sorğuların vaxtında və operativ şəkildə icrası;
- Insidentlər üzrə müvafiq hesabatların hazırlanması;
- Audit hesabatları ilə iş – aşkarlanmanın və təbdirlər planının dəyərləndirilməsi, risk səviyyəsinin qiymətləndirilməsi, lazımi halda məsul şəxslərdən əlavə tədbirlər planının tələbi, auditlə yekun nəticələrin razılaşdırılması;
- Yeni strateji təşəbbüslər, layihələr və xidmətlər üzrə təkliflərdə qeyri-maliyyə risklərinin müəyyən edilməsinə və qiymətləndirilməsinə yekun rəyin verilməsi;
- “PAŞA Qrup” dan göndərilən sənədlərin nəzərdən keçirilməsi;
- Bank məhsulları ilə bağlı limitlərin təyin edilməsinə yekun rəyin verilməsi;
- Səlahiyyət matrisinin yenilənməsi və müntəzəm olaraq əlavərin edilməsinə nəzarət; matrisə səlahiyyətlərin daxil edilməsi üçün əməliyyat təlimatlarının hazırlanması;
- Bankın müvafiq funksiyaları üçün qeyri-maliyyə riskləri üzrə tədrisin təmin edilməsi və s.
Tələblər
Sizdən nə tələb olunur?
- Təhsil: iqtisadiyyat, statistika, analitika, risklərin idarəedilməsi, informasiya texnologiyaları və ya digər müvafiq sahələrdə bakalavr dərəcəsi.
- Təcrübə: minimum 3-5 il Bank sahəsi üzrə təcrübə.
- Xarici dil: ingilis (yaxşı), rus (arzuolunandır).
- Kompüter bilikləri: “Microsoft Office” proqramları.
- Digər: güclü analitik və problem həll etmə bacarıqları ilə yanaşı risk qiymətləndirmə bacarıqları, qərar qəbul etmə, hesabat hazırlama, güclü yazılı və şifahi ünsiyyət, münaqişələrin həlli bacarıqları.
- Üstünlük verilir: risklərin qiymətləndirilməsi üzrə təcrübə, Mərkəzi Bankın təlimatları ilə işləmə təcrübəsi, proseslərin təhlili, daxili nəzarət və ya audit təcrübəsi əlavə üstünlükdür.
Oxşar vakansiya siyahısı:
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...