Qısa məzmun
Bank of Baku Kredit risklərinin qiymətləndirilməsi bölməsinin aparıcı ekspert/baş ekspert vəzifəsi üzrə vakansiya elan edir
Əsas vəzifə və öhdəliklər:
- Bankın kredit riskinə məruz qalma səviyyəsinin analiz edilməsi və təkliflərin hazırlanmasında iştirak etmək
- Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərin müəyyən edilməsi və təkliflərin verilməsi
- Kredit risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi prosesində iştirak
- Kredit risklərinin idarə edilməsi üzrə beynəlxalq təcrübənin öyrənilməsi və təhlillərdə tətbiqi
- Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi
Seçim meyarları:
- Ali təhsil ( İqtisadiyyat, Texniki, Riyazi)
- Sahə üzrə 1 il və üzəri təcrübə ( və ya digər analitika sahələri ilə bağlı 2 il təcrübə)
- Dil bilikləri : Azərbaycan və rus dilləri yüksək (İngilis dili üstünlükdür)
- MS Ofis proqramlarında işləmək bacarığı
- Modelləşdirmə üzrə praktiki bilgilər və statistika proqram bilikləri üstünlükdür
İş şərtləri:
- İş yeri: İnzibati İdarə
- İş vaxtı: 5 iş günü, 09:00-18:00
Seçim prosesi:
Müraciət etmək istəyən namizədlər CV-ləri subject bölməsində “Kredit risklərinin qiymətləndirilməsi “ qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...