Qısa məzmun
Kapital Bank Qiymətli kağızların təhlili üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir
Öhdəliklər:
- Xarici Qiymətli Kağızlar bazarında emissiya edən qlobal şirkətlərin kredit riskinin müəyyən edilməsi üçün təhlillərin və araşdırmaların aparılması;
- Aparılan araşdırmalar və təhlillər əsasında potensial investisiyalar üzrə müvafiq rəyin (alış/satış/saxlanılma) verilməsi;
- Maliyyə bazarlarında baş verən tendensiyaların müşahidə edilməsi və mövcud investisiya portfelinin kredit riskinə təsirinin müəyyənləşdirilməsi;
- Qiymətli kağızların alğı-satqısı üzrə həyata keçirilən əqdlərin daxili qaydalara əsasən yoxlanılması və təsdiqlənməsi;
- İnvestisiya portfelinin inkişafı üzrə Bankın İnvestisiya Şöbəsinə dəstəyin verilməsi və s.
Tələblər:
- Ali təhsil (maliyyə/ iqtisadi);
- Bloomberg Market Concept sertifikatının olması arzuolunandır;
- CFA və ya FRM sahəsində nailiyyətlər arzuolunandır;
- Qiymətli Kağızlar bazarına dair məlumatın olması;
- Araşdırma və analitik düşünmə bacarığı;
- Qərarvermə və kollektiv mühitdə işləmə qabiliyyəti;
- Bloomberg terminalı ilə tanışlıq;
- Təqdimatların hazırlanması;
- Bu səhədə iş təcrübəsinin olması arzuolunandır.
Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud hr@kapitalbank.az email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...