Qısa məzmun
PASHA Bank Kredit Risk Anderrayteri (KOS) vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
İşiniz nədən ibarətdir?
- Kreditlərin Strukturlaşdırılması və müvafiq satış departamentləri tərəfindən təqdim edilmiş kredit ərizələrinin və limitlərin anderraytinqini təmin etmək
- Kredit Komitəsində və yaxud birbaşa Kredit Risklərinin Anderraytinqi departamentinin səlahiyyətində olan kreditlər üzrə son qərarın verilməsi məqsədilə kredit ərizələrinin şöbə rəhbərinə təqdim edilməsi
- Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq prosedurlara əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsini aparmaq
- Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanması, müştərilərin kredit reytinqlərinin hesablanması və müvafiq qərarların qəbul edilməsi işini həyata keçirmək
- Xidmət Səviyyəsi Müqavilələrinə əsasən hər kredit müraciəti üçün kredit riskləri üzrə anderraytinqin tamamlanması və vaxtında icra edilməsi
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar
Tələblər
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə, Bank işi, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
- İş təcrübəsi: Kredit, Risk, Maliyyə təhlili və ya müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
- Digər:Təhlil, qərarvermə və ünsiyyət bacarıqları
- Lisenziya/ Sertifikat: ACCA (üstünlük verilir)
- Xarici dil: İngilis dili (səlis), Rus dili (orta) üstünlük verilir
- Kompüter bilikləri: Microsoft Office
Oxşar vakansiya siyahısı:
Aparıcı mühasib
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...
1000 — 1800 ₼
MühasibƏ/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
1300₼
Mühasib (Əmək haqqı və ödəmələr üzrə)Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis
Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Satış üzrə mühasib
Oven Food Bakery Satış üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...