Keyfiyyət təminatı üzrə rəhbər
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

MKT İstehsalat Kommersiya MMC Keyfiyyət təminatı üzrə rəhbər vəzifəsi üzrə vakansiya elan edir.

“MKT İstehsalat Kommersiya” MMC iqtisadiyyatımızın qeyri-neft sektorunda 25 ildən artıq iş təcrübəsinə malikdir. Şirkətimizin əsas fəaliyyəti ölkəmizin ağ qızılı olan pambığın yetişdirilməsi, tədarükü və pambıqtəmizləmə müəssisələrimizdə emalından ibarətdir.

Şirkətimiz sizi peşəkar komandamıza qoşulmağa və bizimlə birlikdə ağ pambığın uğurlarını yeni ağ səhifələrdə əbədiləşdirməyə dəvət edir!

İşiniz nələrdən ibarət olacaq?

  • Şirkətdə keyfiyyət idarəetmə sisteminin fəaliyyətinin mövcudluğunu və təkmilləşdirilməsinin təmin etmək;
  • Keyfiyyətə təminatla bağlı prosesləri analiz etmək və sənədləşdirmək;
  • Strateji plan və yoxlamalar aparmaq, keyfiyyətə təminat üçün istehsalat hədəflərinə çatmağı təmin etmək;
  • İstehsalat proseslərində müştəri məmnuniyyətini qorumaq üçün bütün proseslərə nəzarət etmək;
  • Keyfiyyətə təminatla bağlı problemləri analız etmək və həll etmək;
  • Sistemdə olan proseslərdə dəyişiklikləri tətbiq etmək;
  • Keyfiyyətə təminatla bağlı illik büdcə planını hazırlamaq;
  • Şirkətin mənfəətliliyini artırmaq üçün hədəfləri düzgün şəkildə planlamaq və analiz etmək;
  • Şirkətdə keyfiyyət idarəetmə sisteminin fəaliyyətinin mövcudluğunu və təkmilləşdirilməsinin təmin etmək;
  • Keyfiyyətə təminatla bağlı bütün növ sənədlərin aktiv şəkildə istifadə edilməsini təmin etmək;
  • Standartlara, spesifikasiyalara, texniki şərtlərə, dizayn, texniki və texnoloji sənədlərə, təsdiq edilmiş nümunələrə (standartların), müqavilələrin tələblərinə cavab verməyən mal və məhsulların proseslərin qarşısını almaq üçün işlərin idarə edilməsini təmin etmək;
  • Əməliyyat və keyfiyyətə nəzarət testlərinin, görülən işlərin, texnoloji proseslərin və avadanlıqların ölçülməsi, ətraf mühitin parametrləri, habelə standartlaşdırma və sertifikatlaşdırma işlərinin idarə edilməsini təmin etmək;
  • Keyfiyyətə təminatla bağlı trendləri və yenilikləri analiz etmək və gördüyü işlərdə tətbiq etmək;
  • Struktur üzrə digər bölmələrin işlərini keyfiyyətə təminatla əlaqələndirmək və proseslərdə tətbiq etmək;
  • Müəssisisə rəhbərinin keyfiyyət təminatı ilə fəaliyyət göstərməsi və onun təkmilləşdirilməsi tədbirləri barədə hesabatları təqdim etmək.

İşinizi görmək üçün sizdən nələri tələb edirik?

  • Ali təhsil ( Texniki sahədə);
  • Tekstil sahəsində təcrübəs olması arzuolunandır:
  • Müvafiq sahədə 5 ildən artıq iş staji;
  • ISO 9001, ISO 14001, OHSAS 18001 standartlarının tətbiqi;
  • Keyfiyyətə nəzarət prosedurları və standartları üzrə biliklər və bu biliklərin proseslərdə tətbiqi;
  • Azərbaycan, Rus və İngilis dil bilikləri (Türk dili biliyi arzuolunandır).

Sizdən gözləntilərimiz nələrdir?

  • Təşəbbüskarlıq;
  • İnnovativlik;
  • Pozitivlik.

Vakansiya haqqında əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş yeri: Gilan Tekstil Parkı.

Əgər siz bilik və bacarıqlarınızı bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və karyeranıza şirkətimizdə davam etmək istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz:

Elanın linki yeləşdiriləcək

https://hr.mktcotton.com/az/job/keyfiyyet-teminati-uzre-rehber

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı