Qısa məzmun
PSG Finans BOKT Daxili Auditor vəzifəsi üzrə vakansiya elan edir
Vəzifə öhdəlikləri:
- Audit olunan prosesin daxili nəzarət sistemlərinin mövcud olmasını, effektivliyini və adekvatlığını yoxlamaq və qiymətləndirmək;
- Proseslərin müvafiq qanunvericilik, prosedur və qaydalara uyğun olmasını təyin etmək;
- Zəruri hallarda müəssisənin daxili qaydaları, prosedurları və əsasnaməsində dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək və dəyişiklik prosesində iştirak etmək;
- Yoxlama obyektinə dair ehtimal olunan riskləri müəyyənləşdirmək və idarə olunması üzrə təkliflər vermək;
- Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələri həyata keçirmək;
Namizədə qarşı tələblər:
- İqtisadiyyat, maliyyə yaxud hüquq sahəsində ali təhsil;
- Daxili audit, risklərin idarə olunması, daxili nəzarət və oxşar sahələrdə minimum 1 il iş təcrübəsi;
- Kredit əməliyyatları ilə bağlı iş təcrübəsi arzuolunandır;
- Excel proqramında işləmək bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarığı;
- Regionlarda yerləşən filiallara istənilən vaxt ezamiyyətlərə gedə bilmək imkanı və istəyinin olması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Daxili Auditor” şəklində qeyd etməklə 31 yanvar 2023-cü il tarixinədək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...
Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...