Qısa məzmun
PSG Finans BOKT Lizinq əməliyyatları üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir
Təsvir:
- Müraciət ərizələrini qəbul etmək, lizinq alanların ödəniş qabiliyyətinin və lizinq obyektinin təhlilini aparmaq;
- Lizinq təhlil sənədlərini hazırlamaq və təsdiq üçün təqdim etmək;
- Tələb olunarsa müraciətçilərin biznesinə səfər etmək, onların maliyyə məlumatlarını yoxlamaq yaxud hazırlamaq;
- Müraciətçinin ödəniş qabiliyyətini və riskləri müəyyənləşdirmək;
- Əldə olunan məlumatları çarpaz yoxlama üsulları ilə dəqiqləşdirmək;
- Lizinq ödənişlərinə yaxından nəzarət etmək və mümkün ola biləcək gecikmələrə qarşı tədbirlər görmək;
- Lizinq üzrə məlumatları düzgün şəkildə müştəri bazasına daxil etmək;
- Qanunvericilik, daxili qaydalar və kredit komitəsinin qərarlarına uyğun olaraq müqavilə, müqaviləyə əlavə və digər zəruri sənədləri tərtib edərək lziiqn əməliyyatını həyata keçirmək;
- Lizinq sənədlərinin qovluqlarını arxivləşdirilmək.
Tələblər:
- Ali təhsil (iqtisadiyyat və ya maliyyə təhsilinin olması arzu olunandır);
- Bu sahədə minimum 1 il təcrübə;
- Sahənin tələb etdiyi çərçivədə qanunvericiliyin tələblərini bilmək;
- Əldə olunan məlumatları təhlil etmək bacarığı;
- Maliyyə hesabatlarını tərtib etmək bacarığı;
- Office proqramları üzrə sərbəst işləmək bacarığı (xüsusilə MS Excel);
- Komunikasiya qabiliyyətinin yüksək olması;
- Komanda ilə işləmək bacarığı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Lizinq əməliyyatları üzrə baş mütəxəssis” şəklində qeyd etməklə 31 yanvar 2023-cü il tarixinədək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...