Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Technoil LLC Baş Mühasib Köməkçisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
- Vergi və mühasibat uçotunun aparılması
- Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
- Debitor və kreditor hesablaşmaların aparılması
- Əmək haqqı, məzuniyyətlərin hesablanması
- Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s
- Mal-materialların uçotunun aparılması
- İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması
- Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət
- Aylıq daxili maliyyə hesabatlarının hazırlanması
- Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi
Vəzifədən irəli gələn səriştələr:
- Dəqiqlik
- Diqqətlilik
- Məsuliyyət
- Komandada işləmək
- Stressə davamlılıq
- Analitik düşünmə və riyazi hesablama qabiliyyəti
Vəzifəyə olan Tələblər:
- Ali təhsil (Maliyyə, mühasibatlıq və audit üzrə);
- Ofis və 1C proqramlarında işləməyi bilməli;
- İş stajı: 3 ildən yuxarı;
- Yaş həddi: 30-40;
- İngilis və rus dili (arzuolunandır)
Əmək şəraitinin şərtləri:
- İş yeri Sumqayıt şəhərində yerləşir bu səbəbdən Sumqayıt şəhərində yaşayan namizədlərə üstünlük veriləcək.
- İş qrafiki: I-V günlər, 09:00-18:00
- İşə qəbul AR ƏM əsasında
- Nahar və korporativ nömrə şirkət tərəfindən təmin edilir.
- Əmək haqqı : 1500 AZN
Xahiş edirik, mövzu hissəsində “Mühasib” yazaraq, öz CV-lərinizi Azərbaycan dilində (foto ilə) e-poçt ünvanına göndərəsiniz.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...