Məhkəmə işləri üzrə Kiçik Mütəxəssis / Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PASHA Bank Məhkəmə işləri üzrə Kiçik Mütəxəssis / Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Link: https://qlor.me/lckhg5jr

Təsvir

İşiniz nədən ibarətdir?

  • Bankın fəaliyyət göstərdiyi bütün istiqamətləri üzrə yüksək keyfiyyətli və peşəkar hüquqi yardımın göstərilməsi, sənədlərin hüquqi analizi və Bankın maraqlarının məhkəmə orqanları, dövlət və özəl müəssisələr qarşısında müdafiəsi;
  • İddia ərizələrinin, apelyasiya və kassasiya şikayətlərinin, vəsatətlərin hazırlanması;
  • Bankın maraq və mənafelərinin məhkəmədə ən yüksək səviyyədə qorunması;
  • Bankın mediasiya proseslərində iştirakının təmin olunması və maraqlarının ən yüksək səviyyədə qorunması;
  • İcra prosesində Bankı təmsil edilməsi və məhkəmə qərarlarının icrasının təmin edilməsi üçün bütün zəruri addımların atılması;
  • Dövlət orqanları və digər qurumlarla münasibətdə Bankı təmsil edilməsi, müvafiq tədbirləri görməklə Bankın maraqlarının ən yüksək səviyyədə qorunması;
  • Bank məhsullarının hüquqi ekspertizası;
  • Bank fəaliyyətinin təmin edilməsi ilə əlaqədar hüquqi rəylərin verilməsi;
  • Şöbəyə daxil olan müxtəlif müraciət və sorğuların cavablandırılması;
  • Bankın struktur bölmələrinin fəaliyyəti ilə əlaqədar hüquqi problemlər yarandığı halda onların yerində və operativ araşdırılması;
  • Bankın fəaliyyəti ilə əlaqədar hüquqi məsələlər yarandığı halda bununla bağlı Bank əməkdaşlarının təlimatlandırılması;
  • Müxtəlif müqavilə, saziş və digər əqdlərin hazırlanması;
  • Əmək münasibətləri sahəsində Bankın fəaliyyəti ilə bağlı zəruri hüquqi dəstəyin göstərilməsi.

Tələblər

Sizdən nə tələb olunur?

  • Təhsil: Hüquq ixtisası üzrə Bakalavr təhsili
  • İş təcrübəsi: Ən az 1 illik peşəkar hüquqşünas təcrübəsi
  • Xarici dil biliyi: Rus və ingilis
  • Kompüter bilikləri: MS Office proqramları

Digər:

  • əsaslı hüquqi biliklər, yüksək analitik düşüncə;
  • tədqiqat və araşdırma bacarıqları;
  • detallara fikir vermə, strateji hədəfləri düşünmə qabiliyyəti və optimal həll yollarını tapmaq bacarığı;
  • komanda işi və güclü ünsiyyət bacarıqları

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı