Qısa məzmun
AzərPambıq ASK MMC Saatlı PİEZ filialında kadrlar üzrə müfəttiş-tabelçi (kiçik mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Təsdiq edilmiş formalara uyğun olaraq əmək müqavilələrinin, ona edilən dəyişikliklərə dair müvafiq əlavələrin imza layihəsinin hazırlanmasında iştirak etmək;
- Zərurət yarandığı halda iş vaxtının növləri və tənzimlənməsi, iş vaxtının rejimi, istirahət vaxtı və işçilərin məzuniyyət hüquqlarından istifadəsinin sənədləşdirilməsində iştirak etmək;
- İşçilərin şəxsi işçilərin arxivinin aparılması, mühafizəsinin təmin edilməsi, əmək müqaviləsi ləğv edilmiş işçilərin şəxsi işlərinin Cəmiyyətin arxivinə təhvil verilməsi;
- İşçilərin (ZKTeco) cihazı vasitəsi ilə davamiyyətinin yoxlanılması və nəzarət olunması;
- Kargüzarlıq jurnallarında müvafiq qeydlərin aparılmasında iştirak etmək;
- Kadr əməliyyatları ilə bağlı verilmiş əmrlərin 1C ERP proqramına daxil edilməsi;
- Əmək kitabçasının açılması, doldurulması və əmək müqaviləsi ləğv edilmiş işçilərə əmək kitabçasının təhvil verilməsi;
- Müfəttiş-tabelçi vəzifəsində işləyən işçi məzuniyyətdə olduğu dövrdə qanunvericiliyə uyğun boş vəzifəni müvəqqəti icra etmək.
Tələblər
- Ali təhsil
- İş təcrübəsi 1 ildən az olmayaraq
- Microsoft Office (Word, Excel, Power Point) 1C 8.3 ERP proqramlarında işləmək
- İş rejimi: 6 gün
- Həftədə 40 saat
- İş yeri Saatlı rayonunda yerləşdiyinə görə yalnız həmin rayonda yaşayan namizədlərdən müraciət etmələri xahiş olunur.
Link: https://qlor.me/lc66n888