Texniki Avadanlıqlar Zavodunda “Elektrik montyoru”
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azertexnolayn LLC Texniki Avadanlıqlar Zavodunda “Elektrik montyoru” svəzifəsi üzrə vakansiya elan edir.

Sumqayıt Kimya Sənaye Parkının (SCIP) ərazisində ilk rezident olaraq təməli qoyulan Azertexnolayn MMC ölkəmizin sənaye sahəsində mühüm işlərin görülməsində əməyi keçən şirkətlərdəndir. 2013-cü ildə istismara verilən şirkət ölkəmizdə sənaye infrastrukturunun inkişafı, onun mövcud potensialının daha da möhkəmlənməsi və müasirləşdirilməsi istiqamətində professional səylərini göstərməkdədir. Azertexnolayn MMC bu gün müasir texnologiyalara əsaslanan, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən və eksport potensialına malik aşağıdakı məhsulların istehsalı ilə məşğuldur.

Azertexnolayn MMC-nin nəzdində olan zavodlarda su xətləri, təbii qaz xətləri, xam neft xətləri, svay, metal konstruksiya və s. üçün nəzərdə tutulan müxtəlif diametrli istehsal olunabilən polad və polietilen borular, paslanmaz metal hasarlar istehsal olunur.

Vakansiya: Texniki Avadanlıqlar Zavodunda “Elektrik montyoru”

Əmək funksiyası:

  • Texnoloji prosesi elektrik sxemi ilə yerinə yetirir
  • Müxtəlif gərginlikli elektrik maşın və aparatlarının sökülməsi, əsaslı təmiri, yığılması, qurulması və mərkəzləşdirilməsini icra edir;
  • Texnoloji avadanlıqların vacib, mürəkkəb və eksperimental sxemlərinin, avtomatik xətlərin mürəkkəb elektrik sxemlərinin, elektrik aparatlarının və elektrik sxeminin sazlanması, təmiri və tənzimlənməsi, müxtəlif tipli elektrik və elektron cihazlara xidmət, onların tənzimlənməsi, sazlanmasını icra edir;
  • Əsaslı təmirdən sonra müxtəlif güclü elektrik mühərriklərinin, aparatlarının və transformatorların kompleks sınağı və test edilməsində iştirak edir;
  • Təmir edilmiş elektrik avadanlıqlarının istismara təhvil verilməsində iştirak edir;

Namizədə tələblər:

  • Müxtəlif güclü və gərginlikli elektrik maşınların, aparatların, cihazların və avtomat xətlərinin müəyyənləşdirilməsi üsulu və qaydalarını bilməli
  • İstehsalatdakı dəzgah və mexanizmlərin avtomatik idarə edilməsi prinsiplərini bilməli
  • Elektrik maşın, aparat və cihazların kompleks sınağı və test edilməsi qaydalarını bilməli
  • Güc qaynaqlarının, transformatorların, rele və kontaktorların və digər elektronik vasitələrin işləmə mexanizmlərini bilməli
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası bilməli
  • İstehsal sahəsindı 1-3 il iş təcrübəsi

İş şərtləri:

  • Əmək haqqı: Razılaşma əsasında.
  • İş rejimi: növbəli
  • İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1 (Sumqayıt şəhərində və ya yaxınlığında qalan vakantlara üstünlük veriləcək.)

Əlavə təminatlar: Nahar şirkət tərəfindən təmin edilir.

Tələblərə uyğun gələn namizədlər CV-lərini “Elektrik montyoru” başlığı altında qeyd edərək seide.memmedova@azertexnolayn.com ünvanına göndərmələri xahiş olunur

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı